Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Uşaqların həyatı təhlükədə: Ölkədə icbari dispanserizasiya necə formallaşdırılır?

© AFP 2023 / ERIC CABANISUşaqlar, arxiv şəkli
Uşaqlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.01.2024
Abunə olmaq
Deputat Kamilə Əliyeva bildirib ki, bəzi polikilinikalarda icbari dispanserizasiya formal aparıldığından, qəfil uşaq ölümləri qeydə alınır.
BAKI, 7 yanvar — Sputnik. Azərbaycanda uşaq ölümlərinin artması uşaqların icbari dispanserizasiyası problemini aktuallaşdırıb. Milli Məclisdə keçirilən "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda ictimai dinləmədə çıxış edən deputat Kamilə Əliyeva bildirib ki, uşaqların icbari dispanserizasiyası formal xarakter daşıyır. Bu səbəbdən də uşaqlar arasında ölüm halları artıb.
"Uşaqlar ürək çatışmazlığı və s. xəstəliklərdən dünyasını dəyişir. Hesab edirəm ki, dispanserizasiya mexanizminə yenidən baxılmalıdır" - millət vəkili bildirib.
"İrsi və metolobololik xəstəlikləri müayinələrlə üzə çıxartmaq mümkündür"
Pediatr Allahverdi Musayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qəbul edilmiş "Uşaqların icbari dispanserizasiyası haqqında" Qanunun böyük əhəmiyyəti var. Onun sözlərinə görə, qanun işlək olarsa, uşaqlarda bir sıra xəstəlikləri vaxtında aşkarlamaqla ölümün qarşısını almaq olar.
"Bu çox əhəmiyyətli qanundur. Uşaqları icbari dispanserizasiyaya cəlb etməlkə bir çox xəstəlikləri erkən aşkarlamaq mümkündür. Xüsusilə irsi və metolobololik xəstəlikləri müayinələrlə üzə çıxartmaq mümkündür" - pediatr bildirib.
O, vurğulayıb ki, valideynlər uşaqların müayinədən keçməsində maraqlı olmalıdırlar. Hətta poliklinikalarda bu iş qaydalara uyğun təşkil edilmədikdə, bunu tələb etməlidirlər.
A.Musayev onu da bildirib ki, inkişaf etmiş xarici ölkələrin əksəriyyətində bu iş məktəb və səhiyyə orqanları tərəfindən təşkil edilir:
"Türkiyədə uşaqlara peyvənd təqviminə əsasən hansısa peyvəndin vurulması zamanı valideynin fikri nəzərə alınmır. Əgər peyvəndin vurulması lazımdırsa, uşaq vaksinasiyaya cəlb olunur. Azərbaycanda isə bu məsələdə valideynin fikri öyrənilir. Ona görə də bu gün uşaqlar arasında qızılca xəstəliyi geniş yayılıb".
"Bu qanunun icrasında problemlər var"
K.Əliyeva isə Sputnik Azərbaycan-a bildirib ki, səhiyyə sahəsi dövlətin priotet sahələrindəndir. Əhalinin sağlamlığı prezidentin diqqət mərkəzindədir. Bu sahədə çoxsaylı qanunlar qəbul edilib ki, onlardan biri də, "Uşaqların icbari dispanserizasiyası haqqında" Qanundur.
"Qanunlar qəbul edilir, amma yaxşı olardı ki, qanunlara nəzarət də gücləndirilsin. "Uşaqların icbari dispanserizasiyası haqqında" Qanun uşaqların sağlamlığı baxımından çox vacibdir. Bu məsələdə səhiyyə və təhsil sistemi ilə yanaşı, valideynlərin də üzərinə məsuliyyət düşür ki, uşaqları ərazi üzrə polikilinikada həkim müayinəsindən keçirsinlər. Çox təəssüf ki, bu qanunun icrasında problemlər var. Qanunun icrası formal xarakter daşıyır. Çox vaxt valideynlər övladlarını icbari dispanserizasiyadan keçməsi üçün aparmırlar. Bəzən uşaqdan, valideyndən soruşurlar ki, "uşağın sağlamlığı ilə bağlı hər hansı şikayəti varmı?" "Yox" cavabı aldıqdan sonra heç bir müayinə aparmadan "sağlamdır" yazırlar. Amma proses belə olmamalıdır. Şikayətin olub-olmamasından asılı olmayaraq hər bir uşaq müayinədən keçirilməlidir".
Deputat əlavə edib ki, son illər məktəb yaşlı uşaqların ölüm halları artıb. Əksər ölüm halları irsi xəstəlikləri, tənəffüs sisteminin xroniki xəstəlikləri, ürək xəstəlikləri ilə bağlı olub. Bu xəstəliklər vaxtında aşkarlanarsa, uşaqlar arasında ölüm faizini aşağı salmaq olar. Bununa bağlı ilk məsuliyyət isə valideynin üzərinə düşür. Valideyn uşağını həkim müayinəsinə aparmalıdır:
"Blankda nəzərdə tutulan bütün müayinələr aparılmalıdır. Uşaqların dispanserizasiyasına nəzarət gücləndirilsə, uşaqlarda xəstəlikləri erkən aşkarlayaraq müalicəsini aparmaq olar".
Qeyd edək ki, "Uşaqların icbarı dispanserizasiyası haqqında" qanuna əsasən, Azərbaycanda uşaqlar ildə bir dəfə icbari tibbi müayinədən keçməlidirlər. Qanunun tələblərinin pozulmasına görə 100 manatadək miqdarda cərimə nəzərdə tutulur.
"Uşaqların icbari dispanserizasiyası haqqında" Qanunun 2013-cü ildən qəbul olunub. Qanunun icrası məqsədi ilə prezidentin sərəncamı ilə "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı" təsdiq edilib.2014-cü ildən isə uşaqların icbari dispanserizasiyasına start verilib. Bu addımın əsas məqsədi uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, onların mütəmadi olaraq kompleks tibbi müayinələrdən keçirilməsi, erkən dövrdə aşkar olunan xəstəliklərin vaxtında müayinə və müalicəyə cəlb olunmasıdır.
Artıq 10 ilə yaxındır ki, yenidoğulan və 3 yaşına qədər olan uşaqlar ildə bir neçə dəfə, 3 yaşından böyük olan uşaqlar isə il ərzində kompleks tibbi müayinələrə cəlb olunurlar. Onların 18 yaşına qədər icbari dispanserizasiya tədbirləri davam etdirilir.
Xəbər lenti
0