CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 7 yanvar

© Sputnik / Elnur Salayev7 yanvar
7 yanvar - Sputnik Azərbaycan, 1920, 07.01.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 7 yanvar — Sputnik. Yanvarın 7-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəlib. Bu gün də tarixə düşən müəyyən hadisələr baş verib.
Yanvarın 7-də kimlər anadan olub?
Mirəli Qaşqay (1907-1977) - dünya şöhrətli azərbaycanlı geoloqdur. Alimin 600-dən çox elmi əsəri və 35 monoqrafiyası var.
Natalya Qvozdikova (1948) - Rusiyanın teatr və kino aktrisası və Rusiyanın xalq artistidir. O,"Mənim əbədi sevgim", "Sakit sular dərindir", "Təhlükəli dostlar" və s. filmlərdə rol alıb.
Kristian Loubuten (1964) fransız ayaqqabı dizayneridir. Dizaynerin ayaqqabılarının fərqləndirici əlaməti ayaqqabının qırmızı altlığının olmasıdır.
Nikolas Keyc (1964) amerikalı kinoaktyor, rejissor, prodüser və bəstəkardır. O, "Oskar" və "Qızıl Qlobus" mükafatları laureatıdır.
Ceremi Renner (1971) - amerikalı aktyor və prodüserdir. O, "Qorxaq Robert Ford Cessi Ceymsi necə öldürdü", "Fırtına hökmdarı", "Oğrular şəhəri", "Yerinə yetirilməyən missiya: Kabus protokolu" və s. filmlərdə rol alıb.
Lyuis Hamilton (1985) – "Mersedes" "Formula 1" komandasının britaniyalı avtomobil yarışları üzrə pilotu və yeddiqat dünya çempionudur. O, tarixdə 100 qələbə qazanan ilk "Formula 1" avtomobil yarışçısıdır. 2020-ci ildə o, həmçinin Mixael Şumaxerin rekordunu təkrarlayıb.
© Sputnik / Yekaterina Chesnokova / Mediabanka keçidNikolas Keyc
Американский актер Николас Кейдж - Sputnik Azərbaycan, 1920, 07.01.2024
Nikolas Keyc
Yanvarın 7-də dünyada baş verən tarixi hadisələr
1610-cu ildə italyan fiziki Qalileo Qaliley Yupiterin dörd ən böyük peykini kəşf edib.
1839-cu ildə fransız fizik Fransua Araqo təsvirləri əldə edərkən kimyəvi xüsusiyyətləri kəşf edib. Bu, fotoqrafiya tarixinin başlanğıcı hesab olunur.
1927-ci ildə London və Nyu York arasında ilk qitələrarası telefon danışığı baş tutub.
1953-cü ildə ABŞ Prezidenti Harri Truman ABŞ-da hidrogen bombası olduğunu açıqlayıb.
2014-cü ildə Bakı Sağlamlıq Mərkəzi istifadəyə verilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Mərkəzin sahəsi 50 min kvadratmetrdir.
2015-ci ildə Parisdə "Charlie Hebdo"nun redaksiyasında terror aktı baş verib. Terror nəticəsində 10-dan çox insan həlak olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0