https://sputnik.az/20240107/sosial-sebekelerde-yanlis-dogum-tarixi-firildaqcilardan-qorunmaga-komek-edecek--ekspert-461795257.html
Sosial şəbəkələrdə yanlış doğum tarixi fırıldaqçılardan qorunmağa kömək edəcək – ekspert
Sosial şəbəkələrdə yanlış doğum tarixi fırıldaqçılardan qorunmağa kömək edəcək – ekspert
Sputnik Azərbaycan
Parollardan danışan ekspert qeyd edib ki, onlar hər hesab üçün fərqli olmalı və vaxtaşırı dəyişdirilməlidir. 07.01.2024, Sputnik Azərbaycan
2024-01-07T20:27+0400
2024-01-07T20:27+0400
2024-01-07T20:27+0400
hesab
cəmiyyət
kasperski laboratoriyası
sosial şəbəkə
təvəllüd
doğum günü
https://cdnn1.img.sputnik.az/img/41560/79/415607974_0:249:3600:2274_1920x0_80_0_0_79ac9b951013b50130623790b532db86.jpg
BAKI, 7 yanvar — Sputnik. Sosial şəbəkələrdəki profillər məxfi saxlanılmalıdır. Həmçinin zərurət olmadıqca onlarda çoxlu sayda şəxsi məlumatı paylaşmamaq, o cümlədən həqiqi doğum tarixinizi göstərməmək daha yaxşıdır - bu, profil sahiblərinin hüquqlarını qorumağa kömək edəcək fırıldaqçıların həyatını çətinləşdirəcək. Bu barədə Rusiyanın "Kasperski Laboratoriyası" tədqiqat mərkəzinin rəhbəri Dmitri Qalov "RİA Novosti"yə bildirib. Parollardan danışan ekspert qeyd edib ki, onlar hər hesab üçün fərqli olmalı və vaxtaşırı dəyişdirilməlidir. Kombinasiyalar ən azı 12 simvoldan ibarət olmalı (müxtəlif hərflər, xüsusi simvollar, rəqəmlər) və özündə şəxsi məlumatları (məsələn, ad, soyad, ev heyvanının adı, ünvan) əks etdirməməlidir. Hesabların və şəxsi məlumatların təhlükəsizliyini təmin etməyin başqa bir əlavə yolu, buna imkan verən xidmətlərdə iki faktorlu autentifikasiyadır. "Quraşdırılmış proqramların hansı giriş tələb etdiyinə diqqət yetirin və onlara işləmək üçün lazım olmayanları verməyin. Əgər şərti "fənər" kontaktlara giriş tələb edirsə, bu ehtiyatlı olmaq üçün səbəbdir. Ümumiyyətlə, quraşdırmadan əvvəl tətbiqdə onun istifadə şərtlərini, yəni məxfilik siyasətini öyrənməyi tövsiyə edirik. Onlar tərtibatçının hansı məlumatları topladığını, onların necə saxlandığını və emal edildiyini göstərəcək", - deyə Qalov əlavə edib. Eyni zamanda, məsələn, cookie-faylların özləri, onun fikrincə, məxfiliyi təhdid etmirlər, lakin təcavüzkarlar cihazı yoluxduraraq və onlara giriş əldə edərək, onlardan öz məqsədləri üçün istifadə edə bilərlər. Buna görə də, cookie-ləri şübhəli saytlarda və ya buna ehtiyac olmadıqda saxlamamaq tövsiyə olunur. Ümumiyyətlə, hansı məlumatların və harada dərc olunduğuna diqqət yetirmək lazımdır. Üstəlik, məxfi məlumatlarınız smartfonunuzda, sosial şəbəkələrdə və ani mesajlaşmalardakı yazışmalarınızda qorunmamış vəziyyətdə saxlanmamalıdır; ən yaxşı alternativ xüsusi proqramlar və ya parolla qorunan qovluqlardır. Lakin hər hansı hesabdan məlumat sızıbsa, o zaman hesabın parolunu mümkün qədər tez dəyişmək vacibdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41560/79/415607974_400:0:3600:2400_1920x0_80_0_0_ae8901ce6d6d8ea59c9f331461127570.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
hesab, kasperski laboratoriyası, sosial şəbəkə, təvəllüd, doğum günü
hesab, kasperski laboratoriyası, sosial şəbəkə, təvəllüd, doğum günü
Sosial şəbəkələrdə yanlış doğum tarixi fırıldaqçılardan qorunmağa kömək edəcək – ekspert
Parollardan danışan ekspert qeyd edib ki, onlar hər hesab üçün fərqli olmalı və vaxtaşırı dəyişdirilməlidir.
BAKI, 7 yanvar — Sputnik. Sosial şəbəkələrdəki profillər məxfi saxlanılmalıdır. Həmçinin zərurət olmadıqca onlarda çoxlu sayda şəxsi məlumatı paylaşmamaq, o cümlədən həqiqi doğum tarixinizi göstərməmək daha yaxşıdır - bu, profil sahiblərinin hüquqlarını qorumağa kömək edəcək fırıldaqçıların həyatını çətinləşdirəcək.
Bu barədə Rusiyanın "Kasperski Laboratoriyası" tədqiqat mərkəzinin rəhbəri Dmitri Qalov "RİA Novosti"yə bildirib.
"Əgər biz rəqəmsal məxfilik və fırıldaqçılardan qorunmaqdan danışırıqsa, o zaman əsas qayda fırıldaqçılar və xəbislərin həyatını asanlaşdırmamaqdır. Bunun üçün rəqəmsal mühafizənin bir neçə aspektinə diqqət yetirməyə dəyər. Sosial şəbəkələrdəki profilləri "bağlı" etmək və onlara yalnız tanıdığınız şəxsləri dost kimi əlavə etmək daha yaxşıdır. Gərəksiz yerə çox şəxsi məlumat paylaşmayın. Məsələn, doğum tarixini gerçək tarixinizə yaxın göstərin, əlavə məlumat üçün nəzərdə tutulan sahələri doldurmaq isə o qədər də vacib deyil", - deyə o, izah edib.
Parollardan danışan ekspert qeyd edib ki, onlar hər hesab üçün fərqli olmalı və vaxtaşırı dəyişdirilməlidir. Kombinasiyalar ən azı 12 simvoldan ibarət olmalı (müxtəlif hərflər, xüsusi simvollar, rəqəmlər) və özündə şəxsi məlumatları (məsələn, ad, soyad, ev heyvanının adı, ünvan) əks etdirməməlidir. Hesabların və şəxsi məlumatların təhlükəsizliyini təmin etməyin başqa bir əlavə yolu, buna imkan verən xidmətlərdə iki faktorlu autentifikasiyadır.
"Quraşdırılmış proqramların hansı giriş tələb etdiyinə diqqət yetirin və onlara işləmək üçün lazım olmayanları verməyin. Əgər şərti "fənər" kontaktlara giriş tələb edirsə, bu ehtiyatlı olmaq üçün səbəbdir. Ümumiyyətlə, quraşdırmadan əvvəl tətbiqdə onun istifadə şərtlərini, yəni məxfilik siyasətini öyrənməyi tövsiyə edirik. Onlar tərtibatçının hansı məlumatları topladığını, onların necə saxlandığını və emal edildiyini göstərəcək", - deyə Qalov əlavə edib.
Eyni zamanda, məsələn, cookie-faylların özləri, onun fikrincə, məxfiliyi təhdid etmirlər, lakin təcavüzkarlar cihazı yoluxduraraq və onlara giriş əldə edərək, onlardan öz məqsədləri üçün istifadə edə bilərlər. Buna görə də, cookie-ləri şübhəli saytlarda və ya buna ehtiyac olmadıqda saxlamamaq tövsiyə olunur. Ümumiyyətlə, hansı məlumatların və harada dərc olunduğuna diqqət yetirmək lazımdır. Üstəlik, məxfi məlumatlarınız smartfonunuzda, sosial şəbəkələrdə və ani mesajlaşmalardakı yazışmalarınızda qorunmamış vəziyyətdə saxlanmamalıdır; ən yaxşı alternativ xüsusi proqramlar və ya parolla qorunan qovluqlardır.
Lakin hər hansı hesabdan məlumat sızıbsa, o zaman hesabın parolunu mümkün qədər tez dəyişmək vacibdir.
"Sızmalarla bağlı xəbərləri daim izləmək və məlumatların oğurlandığını müstəqil şəkildə yoxlamaq isə çətindir; bunun üçün, məsələn, şifrə və ya telefon nömrəsi açıq giriş və ya darknetə daxil olduqda xəbərdarlıq edəcək xüsusi həllərdən istifadə etmək daha yaxşıdır", - deyə Rusiyanın "Kaspersky Lab" tədqiqat mərkəzinin rəhbəri sözünün yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.