https://sputnik.az/20240107/qizilca-yene-can-alir---tehluke-niye-sovusmur-461786402.html
Qızılca yenə can alır - Təhlükə niyə sovuşmur?
Qızılca yenə can alır - Təhlükə niyə sovuşmur?
Sputnik Azərbaycan
TƏBİB-dən bildirilib ki, Şəkidə qızılcadan həyatını itirən uşağın valideynləri peyvənddən imtina ediblər və bu barədə izahatları alınaraq sənədləşdirilib. 07.01.2024, Sputnik Azərbaycan
2024-01-07T11:04+0400
2024-01-07T11:04+0400
2024-01-07T11:04+0400
səhiyyə
qızılca
şəki
ölüm
qardaş
təbib
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/02/461021934_0:111:2121:1304_1920x0_80_0_0_4e4f3507342ea0f15c30972baf5d8d2b.jpg
BAKI, 7 yanvar — Sputnik. Azərbaycanda uşaqlar arasında qızılcadan ölüm hadisələrinin davam etməsi ciddi narahatlıq yaradıb. Ötən gün qızılcadan daha bir ölüm faktı Şəkidə qeydə alınıb. Valideynlərinin söylədiyinə görə, 2023-cü il dekabr ayının son günlərindən Şəkinin Sarıca kənd sakinləri Məmişov Yusif və Məmişov Əli qardaşlarında öskürmə, yüksək hərarət, halsızlıq, tərləmə əlamətləri olub. Hər iki uşaqla bağlı 03.01.2024-cü il tarixində saat 15:16 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə müraciət edilib, daxil olarkən Məmişov Yusif İsmayıl oğlunun vəziyyəti ağır olub, ətraflı laborator, diaqnostik müayinələr aparılıb, xəstəyə venadaxili infuziya inhalyasiya olunub, yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. TƏBİB-dən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, 05.01.2024 tarixində saat 16:00 radələrində Məmişov Yusif İsmayıl oğlunun vəziyyəti ağırlaşıb. Xəstəyə pediatrın, reanimatoloqun baş həkimlə birgə baxışı keçirilib, əlavə müayinələr, qan analizləri aparılıb, Reanimasiya şöbəsinə köçürülüb. Müşahidələr və müalicələr davam etdirilib. Pnevmoniya ilə ağırlaşmış qızılca diaqnozu qoyulan azyaşlı gecə saatlarında intubasiya olunaraq süni tənəffüs aparatına qoşulub, bütün reanimasyon və intensiv terapiya tədbirlərinə baxmayaraq, azyaşlı 6 yanvar tarixində saat 05:50 radələrində ağciyər-ürək çatışmamazlığından dünyasını dəyişib.Digər qardaş - Məmişov Əli İsmayıl oğlu isə 03.01.2024-cü il tarixində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə gətirilib, xəstə ilk yardım və müayinələrdən sonra Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Daxil olarkən vəziyyəti orta ağır olub. Xəstənin valideynləri müalicədən imtina edərək onu şöbədən çıxarıblar, daha sonra yenidən təcili yardım bölməsinə gətiriblər. Təcili yardım bölməsində xəstəyə yenidən ixtisaslı həkim müayinələri, laborator analizləri və tibbi yardımlar göstərilib, xəstə orta ağır stabil vəziyyətdə təcili yardım briqadası ilə Bakıdakı tibb müəssisəsinə təxliyə olunub. "Qeyd edək ki, Şəkinin Sarıca kəndinin tibb məntəqə rəhbəri azyaşlının ailə üzvləri ilə uşaqlarının peyvəndə cəlb olunması zərurəti ilə əlaqədar dəfələrlə profilaktik söhbətlər aparıb, ancaq valideynlər peyvənddən imtina ediblər və bu barədə izahatları da alınaraq sənədləşdirilib", - deyə cavabda bildirilir.Xatırladaq ki, bu günlərdə daha bir tələbə də qızılcadan həyatını itirib. Cəlilabad rayon Sabirabad kənd sakini Sevil Cabbar qızı İbayeva yanvarın 4-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. TƏBİB-dən Sputnik Azərbaycan-a bildirilub ki, ötən il dekabrın 30-da 2002-cü il təvəllüdlü vətəndaş İbayeva Sevil Cabbar qızı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub. Pasiyentə zəruri tibbi yardım göstərilsə də, həkimlərin səylərinə baxmayaraq 4 yanvar saat 10:30 radələrində vəfat edib. TƏBİB-dən o da bildirilib ki, artıq əhalinin qızılca və məxmərəyə qarşı vaksinasiyasına start verilib. Məlumat üçün bildirək ki, ölkəmizdə qızılcaya yoluxma alovlandığından Səhiyyə Nazirliyi tərəfindən əhalinin sağlamlığının qorunması və yoluxmaların qarşısının alınması məqsədilə, vaxtında qızılcaya qarşı vaksinasiyadan kənarda qalan 11- 40 yaşlı əhali arasında vaksinasiya tədbirlərinin aparılması üçün müvafiq vaksin preparatları ölkəyə idxal edilib. Hazırda immunizasiya tədbirləri aparılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20231222/sn-qizilcaya-yoluxmada-artim-var-sebebi-peyvendden-yayinma-hallaridir-461500179.html
https://sputnik.az/20231225/nazirlikden-qizilcaya-hessas-ehali-qruplari-ile-bagli-aciqlama-461546191.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/02/461021934_118:0:2003:1414_1920x0_80_0_0_998add98cbea66b2ba612c0647d67aae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qızılca, şəki, ölüm, qardaş, təbib
qızılca, şəki, ölüm, qardaş, təbib
Qızılca yenə can alır - Təhlükə niyə sovuşmur?
TƏBİB-dən bildirilib ki, Şəkidə qızılcadan həyatını itirən uşağın valideynləri peyvənddən imtina ediblər və bu barədə izahatları alınaraq sənədləşdirilib.
BAKI, 7 yanvar — Sputnik. Azərbaycanda uşaqlar arasında qızılcadan ölüm hadisələrinin davam etməsi ciddi narahatlıq yaradıb. Ötən gün qızılcadan daha bir ölüm faktı Şəkidə qeydə alınıb. Valideynlərinin söylədiyinə görə, 2023-cü il dekabr ayının son günlərindən Şəkinin Sarıca kənd sakinləri Məmişov Yusif və Məmişov Əli qardaşlarında öskürmə, yüksək hərarət, halsızlıq, tərləmə əlamətləri olub. Hər iki uşaqla bağlı 03.01.2024-cü il tarixində saat 15:16 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə müraciət edilib, daxil olarkən Məmişov Yusif İsmayıl oğlunun vəziyyəti ağır olub, ətraflı laborator, diaqnostik müayinələr aparılıb, xəstəyə venadaxili infuziya inhalyasiya olunub, yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
TƏBİB-dən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, 05.01.2024 tarixində saat 16:00 radələrində Məmişov Yusif İsmayıl oğlunun vəziyyəti ağırlaşıb. Xəstəyə pediatrın, reanimatoloqun baş həkimlə birgə baxışı keçirilib, əlavə müayinələr, qan analizləri aparılıb, Reanimasiya şöbəsinə köçürülüb. Müşahidələr və müalicələr davam etdirilib. Pnevmoniya ilə ağırlaşmış qızılca diaqnozu qoyulan azyaşlı gecə saatlarında intubasiya olunaraq süni tənəffüs aparatına qoşulub, bütün reanimasyon və intensiv terapiya tədbirlərinə baxmayaraq, azyaşlı 6 yanvar tarixində saat 05:50 radələrində ağciyər-ürək çatışmamazlığından dünyasını dəyişib.
Digər qardaş - Məmişov Əli İsmayıl oğlu isə 03.01.2024-cü il tarixində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə gətirilib, xəstə ilk yardım və müayinələrdən sonra Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Daxil olarkən vəziyyəti orta ağır olub. Xəstənin valideynləri müalicədən imtina edərək onu şöbədən çıxarıblar, daha sonra yenidən təcili yardım bölməsinə gətiriblər. Təcili yardım bölməsində xəstəyə yenidən ixtisaslı həkim müayinələri, laborator analizləri və tibbi yardımlar göstərilib, xəstə orta ağır stabil vəziyyətdə təcili yardım briqadası ilə Bakıdakı tibb müəssisəsinə təxliyə olunub.
"Qeyd edək ki, Şəkinin Sarıca kəndinin tibb məntəqə rəhbəri azyaşlının ailə üzvləri ilə uşaqlarının peyvəndə cəlb olunması zərurəti ilə əlaqədar dəfələrlə profilaktik söhbətlər aparıb, ancaq valideynlər peyvənddən imtina ediblər və bu barədə izahatları da alınaraq sənədləşdirilib", - deyə cavabda bildirilir.
Xatırladaq ki, bu günlərdə daha bir tələbə də qızılcadan həyatını itirib. Cəlilabad rayon Sabirabad kənd sakini Sevil Cabbar qızı İbayeva yanvarın 4-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
TƏBİB-dən Sputnik Azərbaycan-a bildirilub ki, ötən il dekabrın 30-da 2002-cü il təvəllüdlü vətəndaş İbayeva Sevil Cabbar qızı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub. Pasiyentə zəruri tibbi yardım göstərilsə də, həkimlərin səylərinə baxmayaraq 4 yanvar saat 10:30 radələrində vəfat edib.
TƏBİB-dən o da bildirilib ki, artıq əhalinin qızılca və məxmərəyə qarşı vaksinasiyasına start verilib.
Məlumat üçün bildirək ki, ölkəmizdə qızılcaya yoluxma alovlandığından Səhiyyə Nazirliyi tərəfindən əhalinin sağlamlığının qorunması və yoluxmaların qarşısının alınması məqsədilə, vaxtında qızılcaya qarşı vaksinasiyadan kənarda qalan 11- 40 yaşlı əhali arasında vaksinasiya tədbirlərinin aparılması üçün müvafiq vaksin preparatları ölkəyə idxal edilib. Hazırda immunizasiya tədbirləri aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.