SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident seçkilərində təşviqat materialları üçün yerlər müəyyənləşdirilib

© Sputnik / Shahperi AbbasovaSeçki məntəqəsi, arxiv
Seçki məntəqəsi, arxiv - Sputnik Azərbaycan, 1920, 07.01.2024
Abunə olmaq
Yerli icra hakimiyyəti orqanı və bələdiyyə qurumları səsvermə gününə azı 30 gün qalanadək seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsini təmin etməlidir.
BAKI, 7 yan — Sputnik. Növbədənkənar prezident seçkilərində seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi üçün ayrılan müddət başa çatıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Seçki Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, dairə seçki komissiyasının təklifi ilə yerli icra hakimiyyəti orqanı və bələdiyyə qurumları səsvermə gününə azı 30 gün qalanadək seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsini təmin etməlidir.
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 8-dək olan dövrü əhatə edib və təşviqat materialları üçün yerlər müəyyənləşdirilib.
Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar seçkilər keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0