https://sputnik.az/20240107/oten-il-azerbaycanda-yeddi-sahe-uzre-professor-elmi-adi-alan-olmayib-461791324.html
Ötən il Azərbaycanda yeddi sahə üzrə "professor" elmi adı alan olmayıb
Ötən il Azərbaycanda yeddi sahə üzrə "professor" elmi adı alan olmayıb
Sputnik Azərbaycan
Texnika elmləri üzrə 10 nəfər "professor" elmi adına layiq görülüb. 07.01.2024, Sputnik Azərbaycan
2024-01-07T23:44+0400
2024-01-07T23:44+0400
2024-01-07T23:44+0400
alim
təhsil
ali attestasiya komissiyası
https://cdnn1.img.sputnik.az/img/42308/87/423088775_0:158:3077:1889_1920x0_80_0_0_0293902cf8cadec8b6198f43dc30ec46.jpg
BAKI, 7 yanvar — Sputnik. Ötən il Azərbaycanda yeddi sahə üzrə "professor" elmi adı alan olmayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verib. Bura mexanika, astronomiya, yer elmləri, əczaçılıq elmləri, antropologiya, siyasi elmlər və sosiologiya aiddir. Bundan başqa, keçən il ərzində 58 nəfərə "professor" elmi adı verilib. Həmin müddətdə "professor" elmi adının verilməsi ən çox texnika elmləri üzrə olub. Belə ki, bu sahə üzrə 10 nəfər həmin elmi ada layiq görülüb. Qeyd edək ki, Elm və təhsil naziri Emin Əmrullayev ötən il Azərbaycanda plagiatlıqla bağlı çıxışında saxtakarlığa əl atan elm adamlarının fəaliyyətinin ömürlük qadağan olunmasını təklif etmişdi. "Hesab edirəm ki, əqli mülkiyyətlə bağlı yuxarı yaş təbəqələri üçün cəza tədbirləri ağırlaşdırılmalıdır. Mən hesab edirəm ki, plagiatı sübut edilmiş adamın elmi fəaliyyəti ömürlük qadağan olunmalıdır. Bunun başqa yolu yoxdur", - deyə nazir bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42308/87/423088775_174:0:2903:2047_1920x0_80_0_0_8ca3804fd4a439686f4b3949e1ddbd8c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
alim, ali attestasiya komissiyası
alim, ali attestasiya komissiyası
Ötən il Azərbaycanda yeddi sahə üzrə "professor" elmi adı alan olmayıb
Texnika elmləri üzrə 10 nəfər "professor" elmi adına layiq görülüb.
BAKI, 7 yanvar — Sputnik. Ötən il Azərbaycanda yeddi sahə üzrə "professor" elmi adı alan olmayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verib.
Bura mexanika, astronomiya, yer elmləri, əczaçılıq elmləri, antropologiya, siyasi elmlər və sosiologiya aiddir.
Bundan başqa, keçən il ərzində 58 nəfərə "professor" elmi adı verilib. Həmin müddətdə "professor" elmi adının verilməsi ən çox texnika elmləri üzrə olub. Belə ki, bu sahə üzrə 10 nəfər həmin elmi ada layiq görülüb.
Qeyd edək ki, Elm və təhsil naziri Emin Əmrullayev ötən il Azərbaycanda plagiatlıqla bağlı çıxışında saxtakarlığa əl atan elm adamlarının fəaliyyətinin ömürlük qadağan olunmasını təklif etmişdi.
"Hesab edirəm ki, əqli mülkiyyətlə bağlı yuxarı yaş təbəqələri üçün cəza tədbirləri ağırlaşdırılmalıdır. Mən hesab edirəm ki, plagiatı sübut edilmiş adamın elmi fəaliyyəti ömürlük qadağan olunmalıdır. Bunun başqa yolu yoxdur", - deyə nazir bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.