CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ötən il 260 mindən çox turist milli parkları ziyarət edib

© Sputnik / Ilham Mustafayev Göygöl gölünün ətrafında çay
 Göygöl gölünün ətrafında çay - Sputnik Azərbaycan, 1920, 07.01.2024
Abunə olmaq
Ziyarət edilən yerlər arasında ilk üç yerdə Göygöl, Abşeron, Şahdağ milli parkları qərarlaşıb.
BAKI, 7 yanvar — Sputnik. Ötən il ərzində 260 mindən çox turist Azərbaycanın milli parklarını ziyarət edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ziyarət edilən yerlər arasında ilk üç yerdə Göygöl, Abşeron, Şahdağ milli parkları qərarlaşıb.
Qeyd edək ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev mətbuata açıqlamasında bildirib ki, parklara gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub.
Xidmət rəisinin sözlərinə görə, ölkəmizin füsunkar guşələrində yerləşən milli parkların təbliği, orada təşkil olunan maarifləndirici tədbirlər, milli parklardan bütün fəsilləri əhatə edən və biomüxtəlifliyi əks etdirən maraqlı, rəngarəng video və foto görüntülər də gözəl təbiət ərazilərimizə olan marağın artmasına bu il də şərait yaradıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0