https://sputnik.az/20240107/mudafie-nazirliyi-ve-dini-komite-birge-tedbirler-plani-imzalayib-461786600.html
Müdafiə Nazirliyi və Dini Komitə birgə tədbirlər planı imzalayıb
Müdafiə Nazirliyi və Dini Komitə birgə tədbirlər planı imzalayıb
Sputnik Azərbaycan
Birgə tədbirlər planına əsasən Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair keçiriləcək tədbirlərin yeri, icra vaxtı və icraya məsul şəxslər... 07.01.2024, Sputnik Azərbaycan
2024-01-07T13:33+0400
2024-01-07T13:33+0400
2024-01-07T13:33+0400
müdafiə nazirliyi
cəmiyyət
dini qurumlarla iş üzrə dövlət komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/05/19/427042541_0:86:1400:874_1920x0_80_0_0_60f90f81aa4e3dfefdc0d39c9d8e4fee.jpg
BAKI, 7 yanvar — Sputnik. Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2024-cü il üçün birgə tədbirlər planı imzalanıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Birgə tədbirlər planına əsasən Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair keçiriləcək tədbirlərin yeri, icra vaxtı və icraya məsul şəxslər müəyyən olunub. Tədbirlərin Müdafiə Nazirliyinin tabeliyindəki qoşun (qüvvə) növü, birlik, birləşmə, hərbi hissələr və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil olunması nəzərdə tutulub. Cari il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə Azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişafı, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq, o cümlədən digər mövzularda tədbirlər keçiriləcək, maarifləndirici söhbətlər aparılacaq. Dövlət Komitəsinin nümayəndələri hərbi qulluqçularla görüşüblər Xatırladaq ki, 2023-cü ilin dekabrın 1-də Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2023-cü il üçün imzalanan birgə tədbirlər planına əsasən, Hərbi Dəniz Qüvvələrində komitənin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Çıxış edənlər hərbi kollektivdə düzgün qarşılıqlı münasibətlərin formalaşmasından, sağlam əhval-ruhiyyənin yaradılmasından danışıblar. Dini radikalizm və ekstremizm təhlükəsizliyinin müdafiəsinin vacibliyi qeyd edilib. Tədbirdə, həmçinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolundan söz açılıb, bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti şəxsi heyətin diqqətinə çatdırılıb. Əlavə edək ki, ötən ilin yanvarın 7-də də Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair 2023-cü il üçün birgə tədbirlər planı imzalanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/19/427042541_195:0:1360:874_1920x0_80_0_0_be1f173d6507bcd5f0183acc4bcda256.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, dini qurumlarla iş üzrə dövlət komitəsi
müdafiə nazirliyi, dini qurumlarla iş üzrə dövlət komitəsi
Müdafiə Nazirliyi və Dini Komitə birgə tədbirlər planı imzalayıb
Birgə tədbirlər planına əsasən Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair keçiriləcək tədbirlərin yeri, icra vaxtı və icraya məsul şəxslər müəyyən olunub.
BAKI, 7 yanvar — Sputnik. Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2024-cü il üçün birgə tədbirlər planı imzalanıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Birgə tədbirlər planına əsasən Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair keçiriləcək tədbirlərin yeri, icra vaxtı və icraya məsul şəxslər müəyyən olunub.
Tədbirlərin Müdafiə Nazirliyinin tabeliyindəki qoşun (qüvvə) növü, birlik, birləşmə, hərbi hissələr və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil olunması nəzərdə tutulub.
Cari il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə Azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişafı, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq, o cümlədən digər mövzularda tədbirlər keçiriləcək, maarifləndirici söhbətlər aparılacaq.
Dövlət Komitəsinin nümayəndələri hərbi qulluqçularla görüşüblər
Xatırladaq ki, 2023-cü ilin dekabrın 1-də Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2023-cü il üçün imzalanan birgə tədbirlər planına əsasən, Hərbi Dəniz Qüvvələrində komitənin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Çıxış edənlər hərbi kollektivdə düzgün qarşılıqlı münasibətlərin formalaşmasından, sağlam əhval-ruhiyyənin yaradılmasından danışıblar. Dini radikalizm və ekstremizm təhlükəsizliyinin müdafiəsinin vacibliyi qeyd edilib.
Tədbirdə, həmçinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolundan söz açılıb, bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti şəxsi heyətin diqqətinə çatdırılıb.
Əlavə edək ki, ötən ilin yanvarın 7-də də Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair 2023-cü il üçün birgə tədbirlər planı imzalanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.