https://sputnik.az/20240107/gence-ve-qebele-seherlerinde-milad-bayrami-qeyd-olunub-461789471.html
Gəncə və Qəbələ şəhərlərində Milad bayramı qeyd olunub
Gəncə və Qəbələ şəhərlərində Milad bayramı qeyd olunub
Sputnik Azərbaycan
Gəncə şəhərində təxminən 200 ailədən artıq pravoslav yaşayır. 07.01.2024, Sputnik Azərbaycan
2024-01-07T12:19+0400
2024-01-07T12:19+0400
2024-01-07T12:20+0400
milad bayramı
cəmiyyət
qəbələ
nic qəsəbəsi
gəncə şəhəri
https://cdnn1.img.sputnik.az/img/07e8/01/07/461789307_39:0:878:472_1920x0_80_0_0_7b9dbb4607bdfac2ec1f02b265b6855c.jpg
BAKI, 7 yanvar — Sputnik. Gəncədə yaşayan pravoslav xristianlar Milad bayramını qeyd ediblər. Sputnik Azərbaycan-ın APA-a istinadən məlumatına görə, bayram Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində baş tutub. Pravoslav təqviminə əsasən, İsa peyğəmbərin doğulduğu gün – 7 yanvar ərəfəsi, yəni Milad bayramı axşamı Gəncədə yaşayan pravoslav xristianlar kilsədə müqəddəs bayramın gəlişini birgə qeyd ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub. Daha sonra Aleksandr Nevski kilsəsinin dini heyəti Həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra edib.Pravoslavlar kilsədə şamlar yandıraraq sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər.Vətən müharibəsində şəhid olanların da ruhuna dualar oxunub.Pravoslavlar qeyd ediblər ki, illərdir Gəncədə bu bayramı keçirirlər və heç vaxt problemlə üzləşməyiblər. Qeyd edək ki, xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə, İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır. Gəncə şəhərində təxminən 200 ailədən artıq pravoslav yaşayır. Xatırladaq ki, Qərb bölgəsində yeganə kilsə olan Aleksandr Nevski Rus Pravoslav Kilsəsi isə 1887-ci ildə inşa edilib və kilsə kimi fəaliyyət göstərir. Qəbələdə də Milad bayramı qeyd olunub Qəbələ rayonunun Nic qəsəbəsində İsa Peyğəmbərin mövludu günü - Milad bayramı münasibətilə bayram mərasimi keçirilib. Qəsəbədə yaşayan udilər səhər saatlarında qəsəbə ərazisində olan "Cotari" kilsəsində təşkil edilən bayram mərasiminə toplaşıblar. Alban-Udi xristian dini icmasının sədr müavini və kilsənin keşişi Rafiq Danakari Milad bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün Azərbaycanda yaradılan şəraitdən, dövlətin onlara olan diqqət və qayğısından danışıb. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin bayram təbriki səsləndirilib. Çıxışlardan sonra kilsədə şamlar yandırılıb, dualar oxunub, bayram süfrəsi açılıb. Alban-Udi xristian dini icmasının sədri Robert Mobili deyib ki, sovetlər dövründə udilərə öz milli bayramlarını qeyd etmək qadağan olunsa da, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onlar bayramlarını və adət-ənənələrini geniş qeyd edirlər. Qəsəbə sakinləri Nicdəki "Cotari" alban kilsəsinin əsaslı şəkildə bərpasını tolerantlığa bariz nümunə olduğunu qeyd edərək deyiblər ki, müsəlman və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli sayılır. Xatırladaq ki, altı min nəfər əhalisi olan Nic qəsəbəsində 3500-dən çox udi yaşayır. Nicdəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir. Qəsəbədə üç kilsə və iki məscid var. Məlumat üçün bildirək ki, yanvarın 7-də pravoslavlar ən vacib xristian bayramlarından birini – Milad bayramını qeyd edirlər. Milad bayramı bir gün əvvəl, yanvarın 6-dan başlayır. Pravoslavlara görə bu, 40 günlük orucun son günü və Miladın qeyd edilməsi üçün daha möhkəm hazırlıq vaxtıdır. Axşam, gün batandan sonra bütün ailə həvarilərin sayına uyğun olaraq 12 yağsız yeməyin olduğu masa arxasında yığışır. Yeməklərin heç biri toxunulmamış qalmamalıdır: hər birindən ən azından bir az dadmaq lazımdır. Masada bir şamın - canlı alovun yanması məsləhətdir. Müqəddəs axşam yeməyinin əsas xörəyi kutyadır. O, ənənəvi olaraq buğdadan hazırlanır, lakin digər dənli bitkilərdən də istifadə edilə bilər. Taxıl bəşəriyyətin tərkib hissəsi olan insanların simvoludur. Kutyada yapışqan qismində bal və ya şəkər siropu istifadə olunur. Milad orucu bu şam yeməyi ilə bitir: yanvarın 7-də bütün məhdudiyyətlər aradan qaldırılır və artıq əsl bayram ziyafəti təşkil etmək olar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/07/461789307_144:0:773:472_1920x0_80_0_0_35d76adf0cd3f3a103b22c3a0da0ae9d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
milad bayramı, qəbələ, nic qəsəbəsi, gəncə şəhəri
milad bayramı, qəbələ, nic qəsəbəsi, gəncə şəhəri
Gəncə və Qəbələ şəhərlərində Milad bayramı qeyd olunub
12:19 07.01.2024 (Yenilənib: 12:20 07.01.2024) Gəncə şəhərində təxminən 200 ailədən artıq pravoslav yaşayır.
BAKI, 7 yanvar — Sputnik. Gəncədə yaşayan pravoslav xristianlar Milad bayramını qeyd ediblər. Sputnik Azərbaycan-ın APA-a istinadən məlumatına görə, bayram Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində baş tutub. Pravoslav təqviminə əsasən, İsa peyğəmbərin doğulduğu gün – 7 yanvar ərəfəsi, yəni Milad bayramı axşamı Gəncədə yaşayan pravoslav xristianlar kilsədə müqəddəs bayramın gəlişini birgə qeyd ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub. Daha sonra Aleksandr Nevski kilsəsinin dini heyəti Həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra edib.Pravoslavlar kilsədə şamlar yandıraraq sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər.Vətən müharibəsində şəhid olanların da ruhuna dualar oxunub.Pravoslavlar qeyd ediblər ki, illərdir Gəncədə bu bayramı keçirirlər və heç vaxt problemlə üzləşməyiblər.
Qeyd edək ki, xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə, İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır. Gəncə şəhərində təxminən 200 ailədən artıq pravoslav yaşayır.
Xatırladaq ki, Qərb bölgəsində yeganə kilsə olan Aleksandr Nevski Rus Pravoslav Kilsəsi isə 1887-ci ildə inşa edilib və kilsə kimi fəaliyyət göstərir.
Qəbələdə də Milad bayramı qeyd olunub
Qəbələ rayonunun Nic qəsəbəsində İsa Peyğəmbərin mövludu günü - Milad bayramı münasibətilə bayram mərasimi keçirilib. Qəsəbədə yaşayan udilər səhər saatlarında qəsəbə ərazisində olan "Cotari" kilsəsində təşkil edilən bayram mərasiminə toplaşıblar.
Alban-Udi xristian dini icmasının sədr müavini və kilsənin keşişi Rafiq Danakari Milad bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün Azərbaycanda yaradılan şəraitdən, dövlətin onlara olan diqqət və qayğısından danışıb.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin bayram təbriki səsləndirilib. Çıxışlardan sonra kilsədə şamlar yandırılıb, dualar oxunub, bayram süfrəsi açılıb.
Alban-Udi xristian dini icmasının sədri Robert Mobili deyib ki, sovetlər dövründə udilərə öz milli bayramlarını qeyd etmək qadağan olunsa da, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onlar bayramlarını və adət-ənənələrini geniş qeyd edirlər.
Qəsəbə sakinləri Nicdəki "Cotari" alban kilsəsinin əsaslı şəkildə bərpasını tolerantlığa bariz nümunə olduğunu qeyd edərək deyiblər ki, müsəlman və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli sayılır.
Xatırladaq ki, altı min nəfər əhalisi olan Nic qəsəbəsində 3500-dən çox udi yaşayır.
Nicdəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir. Qəsəbədə üç kilsə və iki məscid var.
Məlumat üçün bildirək ki, yanvarın 7-də pravoslavlar ən vacib xristian bayramlarından birini – Milad bayramını qeyd edirlər. Milad bayramı bir gün əvvəl, yanvarın 6-dan başlayır. Pravoslavlara görə bu, 40 günlük orucun son günü və Miladın qeyd edilməsi üçün daha möhkəm hazırlıq vaxtıdır.
Axşam, gün batandan sonra bütün ailə həvarilərin sayına uyğun olaraq 12 yağsız yeməyin olduğu masa arxasında yığışır. Yeməklərin heç biri toxunulmamış qalmamalıdır: hər birindən ən azından bir az dadmaq lazımdır. Masada bir şamın - canlı alovun yanması məsləhətdir. Müqəddəs axşam yeməyinin əsas xörəyi kutyadır. O, ənənəvi olaraq buğdadan hazırlanır, lakin digər dənli bitkilərdən də istifadə edilə bilər. Taxıl bəşəriyyətin tərkib hissəsi olan insanların simvoludur. Kutyada yapışqan qismində bal və ya şəkər siropu istifadə olunur. Milad orucu bu şam yeməyi ilə bitir: yanvarın 7-də bütün məhdudiyyətlər aradan qaldırılır və artıq əsl bayram ziyafəti təşkil etmək olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.