https://sputnik.az/20240107/gelen-il-belarus-ucun-asan-olmayacaq---lukasenko-461796223.html
Gələn il Belarus üçün asan olmayacaq - Lukaşenko
Gələn il Belarus üçün asan olmayacaq - Lukaşenko
Sputnik Azərbaycan
Belarus lideri bildirib ki, Belarus xalqı, tarixdə əziyyətlər çəkib və öz qanunlarına uyğun yaşamaq hüququna malikdir. 07.01.2024, Sputnik Azərbaycan
2024-01-07T15:28+0400
2024-01-07T15:28+0400
2024-01-07T15:28+0400
belarus prezidenti aleksandr lukaşenko
dünya xəbərləri
prezident
seçki
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441698146_0:0:3073:1728_1920x0_80_0_0_eecb3069a8bd2913d203d6e529134fe7.jpg
BAKI, 7 yanvar - Sputnik. Gələn il Belarus üçün asan olmayacaq, düşmən qüvvələr fevralda keçiriləcək parlament və yerli seçkilər zamanı ölkədə vəziyyəti sarsıtmaq üçün məşq edəcəklər. Bu barədə Prezident Aleksandr Lukaşenko Minsk vilayətinin Şerşuny kənd təsərrüfatı qəsəbəsindəki pravoslav kilsəsinə Milad bayramı münasibətilə səfəri zamanı bildirib. Lukaşenko həm sovet dövründə, həm də Sovet İttifaqının dağılmasından sonra çətin günləri görməyən gənclərə xüsusi diqqət yetirməyə çağırıb. "Orta və yaşlı nəslin yaşadıqlarını onlar yaşamayıblar. Bu barədə onlara danışmaq, onlara göstərmək lazımdır ki, bizim zəhmətimizlə əldə etdiklərimizə qiymət versinlər", - o qeyd edib. 2024-cü il fevralın 25-də keçiriləcək ilk tək səsvermə günü Belarus Milli Assambleyanın Nümayəndələr Palatasının (aşağı palata) 110 deputatı və yerli şuraların 12 514 deputatı seçiləcək. Belarusda prezident seçkiləri 2025-ci il iyulun 20-dən gec olmayaraq keçirilməlidir, tarix hələ müəyyən edilməyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441698146_113:0:2844:2048_1920x0_80_0_0_0f86e66c21947171299008fbf19772fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
belarus prezidenti aleksandr lukaşenko, prezident, seçki
belarus prezidenti aleksandr lukaşenko, prezident, seçki
Gələn il Belarus üçün asan olmayacaq - Lukaşenko
Belarus lideri bildirib ki, Belarus xalqı, tarixdə əziyyətlər çəkib və öz qanunlarına uyğun yaşamaq hüququna malikdir.
BAKI, 7 yanvar - Sputnik. Gələn il Belarus üçün asan olmayacaq, düşmən qüvvələr fevralda keçiriləcək parlament və yerli seçkilər zamanı ölkədə vəziyyəti sarsıtmaq üçün məşq edəcəklər. Bu barədə Prezident Aleksandr Lukaşenko Minsk vilayətinin Şerşuny kənd təsərrüfatı qəsəbəsindəki pravoslav kilsəsinə Milad bayramı münasibətilə səfəri zamanı bildirib.
"Bu il çox çətin olacaq. Onlar bizim üzərimizdə məşq edəcəklər. Biz isə sağ qalmalıyıq. Onlar 2025-ci ildəki prezident seçkilərinə hazırlaşacaqlar", - prezident bildirib.
Lukaşenko həm sovet dövründə, həm də Sovet İttifaqının dağılmasından sonra çətin günləri görməyən gənclərə xüsusi diqqət yetirməyə çağırıb.
"Orta və yaşlı nəslin yaşadıqlarını onlar yaşamayıblar. Bu barədə onlara danışmaq, onlara göstərmək lazımdır ki, bizim zəhmətimizlə əldə etdiklərimizə qiymət versinlər", - o qeyd edib.
"Biz hər şeyi etməliyik ki, bu ili ləyaqətlə yaşayaq, özümüzü ləyaqətlə təqdim edək. Biz bu torpağın ağalarıyıq, Belarus xalqı, tarixdə əziyyətlər çəkib və öz qanunlarına uyğun yaşamaq hüququna malikdir”, - deyə Belarus lideri vurğulayıb.
2024-cü il fevralın 25-də keçiriləcək ilk tək səsvermə günü Belarus Milli Assambleyanın Nümayəndələr Palatasının (aşağı palata) 110 deputatı və yerli şuraların 12 514 deputatı seçiləcək. Belarusda prezident seçkiləri 2025-ci il iyulun 20-dən gec olmayaraq keçirilməlidir, tarix hələ müəyyən edilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.