Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Daha bir tələbə həyatını itirdi

© Sputnik / Murad OrujovBakıda təcili yardım avtomobili, arxiv şəkli
Bakıda təcili yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.01.2024
Abunə olmaq
Universitetin açıqlamasına görə, A.Musayeva iki gün öncə yüksək temperaturla xəstəxanaya yerləşdirilib.
BAKI, 7 yanvar — Sputnik. Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbəsi Musayeva Aytən İlkin qızı vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ali məktəb məlumat yayıb.
Məlumata görə, A.Musayeva iki gün öncə yüksək temperaturla xəstəxanaya yerləşdirilib. Onun sepsis (kəskin iltihab) infeksiyasından vəfat etdiyi bildirilib.
Xatırladaq ki, bu günlərdə daha bir tələbə də qızılcadan həyatını itirib. Cəlilabad rayon Sabirabad kənd sakini Sevil Cabbar qızı İbayeva yanvarın 4-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Yanvarın 6-da isə Bakı Dövlət Universitetinin SABAH qruplarının Kompüter elmləri ixtisasının III kurs tələbəsi Qasımov Sənan Mahir oğlu faciəvi şəkildə ölüb.
Məlumata görə, tələbə dəm qazından boğularaq vəfat edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0