https://sputnik.az/20240107/baki-ve-asqabad-qazin-svop-tedarukunu-davam-etdirmek-ucun-danisiq-aparirlar-461796377.html
Bakı və Aşqabad qazın svop tədarükünü davam etdirmək üçün danışıq aparırlar
Bakı və Aşqabad qazın svop tədarükünü davam etdirmək üçün danışıq aparırlar
Sputnik Azərbaycan
NIGC-dən qeyd edilib ki, iki ölkə arasında razılıq əldə edildikdən sonra svop qaz tədarükləri bərpa olunacaq. 07.01.2024, Sputnik Azərbaycan
2024-01-07T17:01+0400
2024-01-07T17:01+0400
2024-01-07T17:52+0400
qaz
neft-qaz
iran
türkmənistan
azərbaycan
şirkət
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454473487_0:160:3072:1888_1920x0_80_0_0_e58080a8b956117a66922ea03edec981.jpg
BAKI, 7 yanvar — Sputnik. Azərbaycan və Türkmənistan qaz mübadiləsini davam etdirmək üçün danışıqlar aparır. Bu barədə İran Milli Qaz Şirkəti (NIGC) məlumat yayıb.NIGC-nin məlumatına görə, Türkmənistandan İran vasitəsilə Azərbaycana qaz nəqli müvəqqəti olaraq dayandırılıb.2021-ci il noyabrın 28-də Aşqabadda imzalanmış üçtərəfli svop sazişinə əsasən, İran Türkmənistandan aldığı qazı Azərbaycana 2022-ci ilin yanvarında nəql etməyə başlayıb. Müqavilə İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrə qədər türkmən qazının nəqlini nəzərdə tuturdu.2022-ci il iyunun əvvəlində Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Ouci arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, Türkmənistandan Azərbaycana İran vasitəsilə qaz nəqli iki dəfə artırılacaq.Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 738 milyon 966 min ABŞ dolları təşkil edib.Bu göstəricinin həcmi 202-ci ilin müvafiq dövrü ilə müqayisədə 73% və ya 311.8 milyon dollar artıb. Belə ki, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanla Türkmənistanın ticarət dövriyyəsinin həcmin 427 milyon ABŞ dolları olub.Hesabat dövründə Azərbaycandan Türmənistana ixracın həcmi 4 dəfə artaraq 77.3 milyon dollara, Türkmənistandan Azərbaycana ixracın həcmi isə 62.4% artaraq 661.6 milyon dollara bərabər olub.Türkmənistan Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında altıncı yerdədir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
iran
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454473487_171:0:2902:2048_1920x0_80_0_0_d823da4be84046dcad13d5c141ab95f1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qaz, iran, türkmənistan, azərbaycan, şirkət
qaz, iran, türkmənistan, azərbaycan, şirkət
Bakı və Aşqabad qazın svop tədarükünü davam etdirmək üçün danışıq aparırlar
17:01 07.01.2024 (Yenilənib: 17:52 07.01.2024) NIGC-dən qeyd edilib ki, iki ölkə arasında razılıq əldə edildikdən sonra svop qaz tədarükləri bərpa olunacaq.
BAKI, 7 yanvar — Sputnik. Azərbaycan və Türkmənistan qaz mübadiləsini davam etdirmək üçün danışıqlar aparır. Bu barədə İran Milli Qaz Şirkəti (NIGC) məlumat yayıb.
NIGC-nin məlumatına görə, Türkmənistandan İran vasitəsilə Azərbaycana qaz nəqli müvəqqəti olaraq dayandırılıb.
“Bakı və Aşqabad bu məsələ ilə bağlı danışıqlar aparır”, - İran mediası NIGC-yə istinadən yazır. İki ölkə arasında razılıq əldə edildikdən sonra tədarükün bərpa olunacağı qeyd edilir.
2021-ci il noyabrın 28-də Aşqabadda imzalanmış üçtərəfli svop sazişinə əsasən, İran Türkmənistandan aldığı qazı Azərbaycana 2022-ci ilin yanvarında nəql etməyə başlayıb. Müqavilə İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrə qədər türkmən qazının nəqlini nəzərdə tuturdu.
2022-ci il iyunun əvvəlində Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Ouci arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, Türkmənistandan Azərbaycana İran vasitəsilə qaz nəqli iki dəfə artırılacaq.
Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 738 milyon 966 min ABŞ dolları təşkil edib.
Bu göstəricinin həcmi 202-ci ilin müvafiq dövrü ilə müqayisədə 73% və ya 311.8 milyon dollar artıb. Belə ki, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanla Türkmənistanın ticarət dövriyyəsinin həcmin 427 milyon ABŞ dolları olub.
Hesabat dövründə Azərbaycandan Türmənistana ixracın həcmi 4 dəfə artaraq 77.3 milyon dollara, Türkmənistandan Azərbaycana ixracın həcmi isə 62.4% artaraq 661.6 milyon dollara bərabər olub.
Türkmənistan Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında altıncı yerdədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.