Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda sahibkarlar üçün gömrük rəsmiləşdirilməsi prosesi asanlaşıb

© Sputnik / Павел БедняковMəmur
Məmur - Sputnik Azərbaycan, 1920, 07.01.2024
Abunə olmaq
DGK bəyan edib ki, bunun üçün "Mal nomenklaturası" bölməsindən "XİF MN tövsiyə sistemi" altbölməsi seçilməlidir.
BAKI, 7 yanvar — Sputnik. Azərbaycanda sahibkarlar e.customs.gov.az portalı üzərindən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN) kodunu özləri əvvəlcədən müəyyənləşdirə biləcəklər.
Sputnik Azərbaycan bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.
Bunun üçün "Mal nomenklaturası" bölməsindən "XİF MN tövsiyə sistemi" altbölməsi seçilməlidir.
Axtarış pəncərəsində malın ticari adı, markası və ya mala dair açar söz daxil edilməklə XİF MN-nin kodunun təxmini nəticəsi əldə olunur. Süni intellekt əsaslı axtarış modulunun fəaliyyəti son iki ildə gömrük orqanlarına bəyan edilən malların təsvirlərinə əsaslanır.
Axtarışın nəticələrinə uyğun olaraq tövsiyə olunan kodlar yalnız köməkçi xarakter daşıyır.
Qeyd edilib ki, sahibkarlar məcburi qərarlar üzrə verilən təsnifat kodları ilə də tanış ola biləcəklər.
Məlumat üçün bildirək ki, tətbiq edilən yenilik sahibkarlara gömrük ödənişlərini, mallara dair tələb olunan sənədləri öncədən müəyyən etməyə imkan verəcək ki, bu da ekspertizaya sərf olunan vaxt və vəsaitin aradan qaldırılmasına, gömrük rəsmiləşdirilməsinin daha asan və sürətli şəkildə həyata keçirilməsinə şərait yaradacaq.
Qeyd edək ki, gömrük rəsmiləşdirilməsi malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərdir.
Gömrük rəsmiləşdirilməsinin aparılması qaydası:
Gömrük rəsmiləşdirilməsi Gömrük Məcəlləsi və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır.
Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və sürətləndirilməsi məqsədi ilə bağlanılan beynəlxalq müqavilələrə uyğun olaraq, bir sıra dövlətlərdə gömrük rəsmiləşdirilməsi üçün nəzərdə tutulan gömrük sənədlərindən istifadə edilə bilər.
Bu Məcəlləyə əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsi tələb olunursa, həmin icazə onun alınması üçün müəyyən edilmiş şərtlərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir.
Bu Məcəlləyə əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0