DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

AK Partinin İstanbul bələdiyyəsi sədrliyinə namizədi açıqlanıb

© AP Photo / Emrah Gurelİstanbula mənzərə, arxiv şəkli
İstanbula mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.01.2024
Abunə olmaq
M.Kurum daha əvvəl ölkənin şəhərsalma və iqlim dəyişikliyi naziri vəzifəsində çalışıb.
BAKI, 7 yanvar — Sputnik. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədi məlum olub.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiyanın şəhər başçılığına namizədin təqdimat mərasimində çıxışı zamanı deyib.
O, namizədin millət vəkili Murat Kurum olduğunu deyib.
Qeyd edək ki, M.Kurum daha əvvəl ölkənin şəhərsalma və iqlim dəyişikliyi naziri vəzifəsində çalışıb.
Xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri mart ayında keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0