CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ADY bayram günlərində bölgələrə əlavə 36 reys təyin edib

© Sputnik / Murad OrujovStadler qatarı, arxiv şəkli
Stadler qatarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.01.2024
Abunə olmaq
Bayram günlərində müvafiq marşrut üzrə 10 mindən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
BAKI, 7 yanvar — Sputnik. Yeni il tətili ilə əlaqədar əhalinin təhlükəsiz, vaxtında və rahat şəkildə bölgələrə səyahətinin təmin edilməsi üçün "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 31 dekabr tarixindən 7 yanvar tarixinə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Sputnik Azərbaycan xəbər verir ki, bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq Bakı-Qəbələ-Bakı marşrutu üzrə hər gün əlavə reyslər təyin olunub və xətt üzrə 3 mindən çox sərnişinə xidmət göstərilib.
Həmçinin gündəlik qrafik əsasında fəaliyyət göstərən Bakı-Ağstafa-Bakı marşrutu üzrə də sərnişin təlabatının təmin olunması məqsədilə hər iki istiqamətə əlavə 24 reys təyin olunub. Bayram günlərində müvafiq marşrut üzrə 10 mindən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Ümumilikdə tətil günlərində ADY qatarları ilə ölkədaxili istiqamətlər üzrə 13 314 səfər həyata keçirilib.
Qeyd edək ki, 2023-cü ilin son həftəsində ADY tarixində ilk dəfə sərnişindaşıma xidmətində il ərzində rekord göstərici – 7 milyonuncu sərnişin qeydə alınıb. İsveçrənin "Stadler Rail Group" şirkətindən alınmış müasir qatarların il ərzində istismara verilməsi nəticəsində rəqəmlərdə artan dinamikanın müşahidə olunacağı proqnozlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0