Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yellen: Qırmızı dənizdəki vəziyyət ABŞ-nin enerji qiymətlərinə təsir etmir

© AFP 2024 / SAUL LOEBABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellen
ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellen - Sputnik Azərbaycan, 1920, 06.01.2024
Abunə olmaq
Yellenin sözlərinə görə, Qırmızı dənizdəki vəziyyət Asiya və Avropa arasında malların daşınmasına təsir edir.
BAKI, 7 yanvar - Sputnik. Ticarət gəmilərinə hücumların tez-tez baş verdiyi Qırmızı dənizdəki durum ABŞ-də enerji qiymətlərinin artmasına səbəb olmur.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Canet Yellen bildirib.
“Biz vəziyyəti çox diqqətlə izləyirik, ancaq yetərincə zəngin neft ehtiyatlarımız var və biz heç bir effekt görmürük. Enerji qiymətləri sabitdir”, – o deyib.
Yellenin sözlərinə görə, Qırmızı dənizdəki vəziyyət Asiya və Avropa arasında malların daşınmasına təsir edir, ancaq ABŞ-yə “əhəmiyyətli təsir” göstərmir.
Xəbər lenti
0