https://sputnik.az/20240106/turkiyenin-xarici-isler-nazirinin-blinkenle-muzakire-etdiyi-movzular-aciqlandi-460317948.html
Türkiyənin xarici işlər nazirinin Blinkenlə müzakirə etdiyi mövzular açıqlandı
Türkiyənin xarici işlər nazirinin Blinkenlə müzakirə etdiyi mövzular açıqlandı
Sputnik Azərbaycan
Suriya və İraqdakı vəziyyətin müzakirə olunduğu görüşdə Qəzzada dərhal atəşkəsin elan edilməsi və humanitar yardımların çatdırılmasının vacibliyi də... 06.01.2024, Sputnik Azərbaycan
2024-01-06T19:57+0400
2024-01-06T19:57+0400
2024-01-06T20:39+0400
entoni blinken
dünya xəbərləri
antoni blinken
ankara
ankara
fələstin
israil
münaqişə
yaxın şərq
yaxın şərq
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455644921_0:0:3072:1728_1920x0_80_0_0_39536f745a2ebb386fb5d747b35e8179.jpg
BAKI, 6 yanvar — Sputnik. ABŞ Dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə edib.Bu barədə "Report" xəbər verir.Bununla yanaşı, hər iki ölkənin baş diplomatları Rusiya və Ukraynada istehsal olunan ərzaq məhsullarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması ətrafında fikir mübadiləsi aparıblar. H.Fidan qeyd edib ki, Türkiyə Qara dənizdə gərginlik istəmir.Həmçinin, türkiyəli nazir Blinkenə F-16-ların satın alma prosesinin yekunlaşmasını gözlədiklərini bildirib.Suriya və İraqdakı vəziyyətin müzakirə olunduğu görüşdə Qəzzada dərhal atəşkəsin elan edilməsi və humanitar yardımların çatdırılmasının vacibliyi də vurğulanıb.06.11.23Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə danışıqlar zamanı Qəzza zolağında təcili atəşkəsə ehtiyac olduğunu bəyan edib. Bu barədə Ankaradakı diplomatik mənbə RİA Novosti-yə bildirib. Fidan və Blinken arasında danışıqlar Ankarada baş tutub. Diplomatik mənbələrdən verilən məlumata görə, Qəzza ilə bağlı fikir mübadiləsinin aparıldığı görüşdə hər iki tərəf mülki şəxslərə dəyən zərərin qarşısının alınması və humanitar yardımların davamlı və fasiləsiz çatdırılmasının təmin edilməsinin zəruriliyi mövzusunda həmfikir olduqlarını təsdiqləyiblər. "Türkiyə və Birləşmiş Ştatlar Qəzzada mülki əhalinin tələfatının qarşısının alınması, humanitar yardımın çatdırılması və iki dövlət həlli zərurətində həmfikirdirlər. Bugünkü görüşdə də iki dövlətli həllə nail olmaq üçün birgə çalışmağın vacibliyi vurğulanıb. "Görüş zamanı Xarici İşlər Nazirliyi İsveçin üzvlük çərçivəsində NATO-nun genişlənməsi prosesini, ikitərəfli və regional məsələləri də müzakirə edib", - diplomatik mənbə bildirib. Xatırladaq ki, Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində oktyabrın 7-də İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan sonra təşkilatın döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə soxulub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Bir neçə gün ərzində İsrail hərbçiləri Qəzza ilə sərhədə yaxın bütün məskunlaşan əraziləri nəzarətə götürüb və zolağındakı hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: Su, ərzaq, elektrik enerjisi, dərman və yanacağın verilməsi dayandırılıb. Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putinin mövqeyinə görə, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür. 1967-ci ildə paytaxtı Şərqi Qüdslə həmsərhəddir. Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və döyüş mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən edib, lakin yalnız İsrail dövləti yaradılıb.
ankara
yaxın şərq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455644921_0:0:2732:2048_1920x0_80_0_0_afaab32b8be376503195c716348b42f8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
entoni blinken, antoni blinken, ankara, ankara, fələstin, israil, münaqişə, yaxın şərq, yaxın şərq
entoni blinken, antoni blinken, ankara, ankara, fələstin, israil, münaqişə, yaxın şərq, yaxın şərq
Türkiyənin xarici işlər nazirinin Blinkenlə müzakirə etdiyi mövzular açıqlandı
19:57 06.01.2024 (Yenilənib: 20:39 06.01.2024) Suriya və İraqdakı vəziyyətin müzakirə olunduğu görüşdə Qəzzada dərhal atəşkəsin elan edilməsi və humanitar yardımların çatdırılmasının vacibliyi də vurğulanıb.
BAKI, 6 yanvar — Sputnik. ABŞ Dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə edib.
Bu barədə "Report" xəbər verir.
Bununla yanaşı, hər iki ölkənin baş diplomatları Rusiya və Ukraynada istehsal olunan ərzaq məhsullarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması ətrafında fikir mübadiləsi aparıblar. H.Fidan qeyd edib ki, Türkiyə Qara dənizdə gərginlik istəmir.
Həmçinin, türkiyəli nazir Blinkenə F-16-ların satın alma prosesinin yekunlaşmasını gözlədiklərini bildirib.
Suriya və İraqdakı vəziyyətin müzakirə olunduğu görüşdə Qəzzada dərhal atəşkəsin elan edilməsi və humanitar yardımların çatdırılmasının vacibliyi də vurğulanıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə danışıqlar zamanı Qəzza zolağında təcili atəşkəsə ehtiyac olduğunu bəyan edib. Bu barədə Ankaradakı diplomatik mənbə RİA Novosti-yə bildirib.
Fidan və Blinken arasında danışıqlar Ankarada baş tutub.
Diplomatik mənbələrdən verilən məlumata görə, Qəzza ilə bağlı fikir mübadiləsinin aparıldığı görüşdə hər iki tərəf mülki şəxslərə dəyən zərərin qarşısının alınması və humanitar yardımların davamlı və fasiləsiz çatdırılmasının təmin edilməsinin zəruriliyi mövzusunda həmfikir olduqlarını təsdiqləyiblər.
"Türkiyə və Birləşmiş Ştatlar Qəzzada mülki əhalinin tələfatının qarşısının alınması, humanitar yardımın çatdırılması və iki dövlət həlli zərurətində həmfikirdirlər. Bugünkü görüşdə də iki dövlətli həllə nail olmaq üçün birgə çalışmağın vacibliyi vurğulanıb.
"Görüş zamanı Xarici İşlər Nazirliyi İsveçin üzvlük çərçivəsində NATO-nun genişlənməsi prosesini, ikitərəfli və regional məsələləri də müzakirə edib", - diplomatik mənbə bildirib.
Xatırladaq ki, Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində oktyabrın 7-də İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan sonra təşkilatın döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə soxulub.
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Bir neçə gün ərzində İsrail hərbçiləri Qəzza ilə sərhədə yaxın bütün məskunlaşan əraziləri nəzarətə götürüb və zolağındakı hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: Su, ərzaq, elektrik enerjisi, dərman və yanacağın verilməsi dayandırılıb.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putinin mövqeyinə görə, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür. 1967-ci ildə paytaxtı Şərqi Qüdslə həmsərhəddir.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və döyüş mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən edib, lakin yalnız İsrail dövləti yaradılıb.