https://sputnik.az/20240106/tedqiqatcilar-tutanxamonun-mezarini-ilk-acanlarin-olum-sebebini-aciqlayiblar-461761222.html
Tədqiqatçılar Tutanxamonun məzarını ilk açanların ölüm səbəbini açıqlayıblar
Tədqiqatçılar Tutanxamonun məzarını ilk açanların ölüm səbəbini açıqlayıblar
Sputnik Azərbaycan
Bundan əvvəl tədqiqatçılar Misir fironu Tutanxamonun kulonunun hazırlandığı Liviya səhrasının sarı şüşəsinin meteoritin Yer səthinə düşməsi nəticəsində əmələ... 06.01.2024, Sputnik Azərbaycan
2024-01-06T09:30+0400
2024-01-06T09:30+0400
2024-01-06T09:30+0400
misir
elm
firon
misir fironu
ölüm
səbəb
məzar
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0e/443979119_0:0:3072:1728_1920x0_80_0_0_4901dec2897c990bc01c4b543d715573.jpg
BAKI, 6 yanvar - Sputnik. 100 il bundan əvvəl britaniyalı arxeoloqlar firon Tutanxamonun məzarını açaraq onun sirli “lənətli” olduğunu bildiriblər, lakin indi alimlər məzarı ilk açanların ölümünün nədən qaynaqlandığını izah edə biliblər. Bu barədə RİA Novosti xəbər verir. 1922-ci ildə həvəskar tədqiqatçı Hovard Karter uzun illər davam edən axtarışlardan sonra Tutanxamonun məzarını açanda müəmmalı bir hekayə baş verib. Kəşflə əlaqəli olan bir neçə insan bir neçə il ərzində vəfat ediblər. Tədqiqatçıların fikrincə, ölümün səbəbi “Aspergillus” göbələklərinin əmələ gətirdiyi “mağara xəstəliyi” olub. Onlar məzarda tapılıblar. Həkimlər qeyd edirlər ki, belə şəraitdə göbələklər uzun müddət yaşayır, əlavə olaraq onlar virulentliyini (mikrobun xəstəlik törətmə qabiliyyəti) artıra bilirlər. Alimlərin fikrincə, qazıntılara sponsorluq edən Corc Herbert, Lord Karnarvon “Aspergillus”un qurbanı olublar. Bu nəzəriyyə ekshümasiyanın bütün iştirakçılarının ağciyər infeksiyasından öldüyü başqa bir obyektin, Litva şahzadəsi Kazimir Yaqelloncikin məzarının açılmasının nəticələri ilə təsdiqlənib. Beləliklə, agentlik yazır ki, Tutanxamonun lənəti haqqında mif boşdur. Agentlik vurğulayır ki, ölənlərin lənətlə əlaqəli olması mümkün olmasa da, məzarın açılışında iştirak edənlər yenə də ölümcül nəticələrlə üzləşiblər. Bundan əvvəl tədqiqatçılar Misir fironu Tutanxamonun kulonunun hazırlandığı Liviya səhrasının sarı şüşəsinin meteoritin Yer səthinə düşməsi nəticəsində əmələ gəldiyini bildiriblər. Hu yaxınlarda misirşünaslar Tutanxamonun məzarı yaxınlığında yüzlərlə mumiya və naməlum piramida tapıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0e/443979119_341:0:3072:2048_1920x0_80_0_0_438ebdf50063ec18bf1a0f84277b7deb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
misir, firon, misir fironu, ölüm, səbəb, məzar
misir, firon, misir fironu, ölüm, səbəb, məzar
Tədqiqatçılar Tutanxamonun məzarını ilk açanların ölüm səbəbini açıqlayıblar
Bundan əvvəl tədqiqatçılar Misir fironu Tutanxamonun kulonunun hazırlandığı Liviya səhrasının sarı şüşəsinin meteoritin Yer səthinə düşməsi nəticəsində əmələ gəldiyini bildiriblər.
BAKI, 6 yanvar - Sputnik. 100 il bundan əvvəl britaniyalı arxeoloqlar firon Tutanxamonun məzarını açaraq onun sirli “lənətli” olduğunu bildiriblər, lakin indi alimlər məzarı ilk açanların ölümünün nədən qaynaqlandığını izah edə biliblər.
Bu barədə RİA Novosti xəbər verir.
1922-ci ildə həvəskar tədqiqatçı Hovard Karter uzun illər davam edən axtarışlardan sonra Tutanxamonun məzarını açanda müəmmalı bir hekayə baş verib. Kəşflə əlaqəli olan bir neçə insan bir neçə il ərzində vəfat ediblər.
Tədqiqatçıların fikrincə, ölümün səbəbi “Aspergillus” göbələklərinin əmələ gətirdiyi “mağara xəstəliyi” olub. Onlar məzarda tapılıblar. Həkimlər qeyd edirlər ki, belə şəraitdə göbələklər uzun müddət yaşayır, əlavə olaraq onlar virulentliyini (mikrobun xəstəlik törətmə qabiliyyəti) artıra bilirlər. Alimlərin fikrincə, qazıntılara sponsorluq edən Corc Herbert, Lord Karnarvon “Aspergillus”un qurbanı olublar.
Bu nəzəriyyə ekshümasiyanın bütün iştirakçılarının ağciyər infeksiyasından öldüyü başqa bir obyektin, Litva şahzadəsi Kazimir Yaqelloncikin məzarının açılmasının nəticələri ilə təsdiqlənib. Beləliklə, agentlik yazır ki, Tutanxamonun lənəti haqqında mif boşdur. Agentlik vurğulayır ki, ölənlərin lənətlə əlaqəli olması mümkün olmasa da, məzarın açılışında iştirak edənlər yenə də ölümcül nəticələrlə üzləşiblər.
Bundan əvvəl tədqiqatçılar Misir fironu Tutanxamonun kulonunun hazırlandığı Liviya səhrasının sarı şüşəsinin meteoritin Yer səthinə düşməsi nəticəsində əmələ gəldiyini bildiriblər.
Hu yaxınlarda misirşünaslar Tutanxamonun məzarı yaxınlığında yüzlərlə mumiya və naməlum piramida tapıblar.