Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Müdafiə Nazirliyi və Hərbi Prokurorluq arasında birgə tədbirlər planı imzalanıb

© Sputnik / Murad OrudjevMüdafiə Nazirliyinin binası
Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 06.01.2024
Abunə olmaq
Plana müvafiq olaraq cari ildə nəzərdə tutulan birgə tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyənləşdirilib.
BAKI, 6 yanvar - Sputnik. 2024-cü ildə Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Plana müvafiq olaraq cari ildə nəzərdə tutulan birgə tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyənləşdirilib.
2024-cü il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində müxtəlif kateqoriyalardan olan hərbi qulluqçularla keçiriləcək görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlər icra olunacaq.
Xəbər lenti
0