CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda piyada keçidində avtomobil idarə edən sürücü həbs edilib

© AFP 2023 / PHILIPPE HUGUENМужчина в наручниках в полицейском участке, фото из архива
Мужчина в наручниках в полицейском участке, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.01.2024
Abunə olmaq
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən bildirilib.
BAKI, 6 yanvar - Sputnik. Paytaxtın Xətai rayonunda yol keçidlərinin birində vətəndaşların hərəkətinə təhlükə yaradan "Toyota Prius" markalı, 77-XY-496 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Novruzov Rəsul Rövşən oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən bildirilib.
Qeyd olunub ki, sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Novruzov 10 sutka inzibati qaydada həbs edilib.
Xəbər lenti
0