https://sputnik.az/20240105/stanbulda-qefes-29-emeliyyati-kecirilib-2-cinayetkar-qruplasma-mehv-edilib-461764159.html
İstanbulda "QƏFƏS-29" əməliyyatı keçirilib: 2 cinayətkar qruplaşma məhv edilib
İstanbulda "QƏFƏS-29" əməliyyatı keçirilib: 2 cinayətkar qruplaşma məhv edilib
Sputnik Azərbaycan
Əməliyyatda qırmızı bülletenlə axtarışda olan Volkan Reçber və hələ də həbsdə olan "Ərəb Əmrah" ləqəbli Əmrah Severin başçılıq etdiyi iki ayrı cinayətkar... 05.01.2024, Sputnik Azərbaycan
2024-01-05T13:53+0400
2024-01-05T13:53+0400
2024-01-05T13:53+0400
istanbul
dünya xəbərləri
cinayətkar qrup
cinayətkar qruplaşma
ali yerlikaya
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/19/461561814_0:159:3077:1889_1920x0_80_0_0_d8446f1dd3f98395b61bc8d2c2345a15.jpg
BAKI, 5 yanvar - Sputnik. "İstanbulda həyata keçirilən "QƏFƏS-29" əməliyyatı çərçivəsində 2 cinayətkar qruplaşma məhv edilib".Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında məlumat verib.Yerlikaya Türkiyənin Polis Baş İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilən əməliyyatda qırmızı bülletenlə axtarışda olan Volkan Reçber və hələ də həbsdə olan "Ərəb Əmrah" ləqəbli Əmrah Severin başçılıq etdiyi iki ayrı cinayətkar qruplaşmanın hədəf alındığını ifadə edib."İstanbulda 4 ayrı qətl törədiblər, silahlı qarşıdurmalar nəticəsində bir qızın ölümünə səbəb olub və bir çox iş yerlərinə ziyan vurublar. Eyni zamanda, Eyüpsultanda polislərlə toqquşub, fikir ayrılığı olan şəxslərə silahlı hücumlar təşkil edib, hədə-qorxu yolu ilə pul alıblar. Həmçinin bir çox iş yerlərini və yaşayış məntəqələrini atəşə tutduqları, narkotik alveri ilə məşğul olduqları, çoxlu sayda sənədsiz silah-sursat ələ keçirdikləri və əcnəbilərin pullarını taladıqları müəyyən edilib. Bununla yanaşı, İstanbulun 7 vilayətində cinayət törətmək üçün qruplaşma yaradıblar" - Ali Yerlikaya qeyd edib. Nazir əlavə edib ki, yuxarıda göstərilən cinayətləri törədərək ictimai təhlükəsizliyi və əmin-amanlığı təhdid edən şəxslərə qarşı eyni vaxtda həyata keçirilən əməliyyatlarda 61 nəfər saxlanılıb, 28 tapança, 6 AK-47 Kalaşnikov, 1 UTAS uzun lüləli avtomat, 1 bronjilet ələ keçirilib."Millətimizin dincliyini pozanların dincliyini pozmağa davam edəcəyik. Mütəşəkkil cinayətkar qruplaşma üzvlərini bir-bir tutaraq məsuliyyətə cəlb edəcəyik. Qətiyyətliyik, onların hamısı qəfəsə girəcəklər" - nazir yazıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/19/461561814_173:0:2902:2047_1920x0_80_0_0_4a133b7e693f53846def24cbec89e68c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
istanbul, cinayətkar qrup, cinayətkar qruplaşma, ali yerlikaya
istanbul, cinayətkar qrup, cinayətkar qruplaşma, ali yerlikaya
İstanbulda "QƏFƏS-29" əməliyyatı keçirilib: 2 cinayətkar qruplaşma məhv edilib
Əməliyyatda qırmızı bülletenlə axtarışda olan Volkan Reçber və hələ də həbsdə olan "Ərəb Əmrah" ləqəbli Əmrah Severin başçılıq etdiyi iki ayrı cinayətkar qruplaşma hədəf alınıb.
BAKI, 5 yanvar - Sputnik. "İstanbulda həyata keçirilən "QƏFƏS-29" əməliyyatı çərçivəsində 2 cinayətkar qruplaşma məhv edilib".
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında məlumat verib.
Yerlikaya Türkiyənin Polis Baş İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilən əməliyyatda qırmızı bülletenlə axtarışda olan Volkan Reçber və hələ də həbsdə olan "Ərəb Əmrah" ləqəbli Əmrah Severin başçılıq etdiyi iki ayrı cinayətkar qruplaşmanın hədəf alındığını ifadə edib.
"İstanbulda 4 ayrı qətl törədiblər, silahlı qarşıdurmalar nəticəsində bir qızın ölümünə səbəb olub və bir çox iş yerlərinə ziyan vurublar. Eyni zamanda, Eyüpsultanda polislərlə toqquşub, fikir ayrılığı olan şəxslərə silahlı hücumlar təşkil edib, hədə-qorxu yolu ilə pul alıblar. Həmçinin bir çox iş yerlərini və yaşayış məntəqələrini atəşə tutduqları, narkotik alveri ilə məşğul olduqları, çoxlu sayda sənədsiz silah-sursat ələ keçirdikləri və əcnəbilərin pullarını taladıqları müəyyən edilib. Bununla yanaşı, İstanbulun 7 vilayətində cinayət törətmək üçün qruplaşma yaradıblar" - Ali Yerlikaya qeyd edib.
Nazir əlavə edib ki, yuxarıda göstərilən cinayətləri törədərək ictimai təhlükəsizliyi və əmin-amanlığı təhdid edən şəxslərə qarşı eyni vaxtda həyata keçirilən əməliyyatlarda 61 nəfər saxlanılıb, 28 tapança, 6 AK-47 Kalaşnikov, 1 UTAS uzun lüləli avtomat, 1 bronjilet ələ keçirilib.
"Millətimizin dincliyini pozanların dincliyini pozmağa davam edəcəyik. Mütəşəkkil cinayətkar qruplaşma üzvlərini bir-bir tutaraq məsuliyyətə cəlb edəcəyik. Qətiyyətliyik, onların hamısı qəfəsə girəcəklər" - nazir yazıb.