https://sputnik.az/20240105/lacinda-herbcilerin-avtoqezaya-dusmesi-ile-bagli-cinayet-isi-acilib-461757219.html
Laçında baş verən avtoqəzada həlak olan hərbçilər torpağa tapşırılıb
Laçında baş verən avtoqəzada həlak olan hərbçilər torpağa tapşırılıb
Sputnik Azərbaycan
Mərasimlərdə hərbçilərin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak ediblər. 05.01.2024, Sputnik Azərbaycan
2024-01-05T15:10+0400
2024-01-05T15:10+0400
2024-01-05T15:07+0400
hadisə
qəza
laçın
hərbçilər
qəza
həlak
həlak olan
hərbçimizin həlak olması
xankəndi
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1e/451199125_0:161:3068:1887_1920x0_80_0_0_a426635525ba63fafe7001ff80ed2979.jpg
BAKI, 5 yanvar - Sputnik. Laçında avtomobil qəzasında həlak olan hərbi qulluqçusu Axundov Səxavət Fərasət oğlu dəfn olunub.Hərbi qulluqçu Xaçmaz rayonunun Sayad kəndinin qəbiristanlığında torpağa tapşırılıb.***Azərbaycan Ordusunun Laçın rayonunda avtomobil qəzasında həlak olan hərbi qulluqçusu Həsən İsmayılov yanvarın 5-də Gəncədə dəfn olunub.Dəfndən əvvəl mərhumla yaşadığı evdə vida mərasimi keçirilib.Mərasimdə hərbçinin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak ediblər.Vida mərasimindən sonra H.İsmayılov Gəncə şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.11:57Azərbaycan Ordusunun yanvarın 4-də Laçında avtomobil qəzasında həlak olan hərbçisi Həsən İsmayılovla Gəncədə vida mərasimi keçirilir.Mərasimdə onun yaxınları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edirlər.Mərasim başa çatdıqdan sonra mərhum Şəhidlər xiyabanında dəfn olunacaq (Report).Xatırladaq ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.04.01.24, 18:08Laçında hərbçilərin avtoqəzaya düşməsi ilə bağlı cinayət işi açılıbLaçında hərbçilərin avtoqəzaya düşməsi ilə bağlı cinayət işi açılıb.Azərbaycan Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən bildirilib ki, daxil olan məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilmiş, izahatlar alınmış və digər hərəkətlər icra edilib.Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.3-cü (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.***Laçında avtoqəzaya düşərək yaralanan hərbçilər Xankəndi və Bərdəyə aparılıb."Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, avtomobildə 11 nəfər olub.Onlardan 2-si həlak olub, 2-si ağır vəziyyətdə Xankəndi xəstəxanasına yerləşdirilib. Digər xəsarət alanlar isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.Xatırladaq ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1e/451199125_170:0:2899:2047_1920x0_80_0_0_1696d525f4336dd8794992b59a6e7752.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qəza, laçın, hərbçilər, qəza, həlak, həlak olan, hərbçimizin həlak olması, xankəndi
qəza, laçın, hərbçilər, qəza, həlak, həlak olan, hərbçimizin həlak olması, xankəndi
Laçında baş verən avtoqəzada həlak olan hərbçilər torpağa tapşırılıb
Mərasimlərdə hərbçilərin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak ediblər.
BAKI, 5 yanvar - Sputnik. Laçında avtomobil qəzasında həlak olan hərbi qulluqçusu Axundov Səxavət Fərasət oğlu dəfn olunub.
Hərbi qulluqçu Xaçmaz rayonunun Sayad kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycan Ordusunun Laçın rayonunda avtomobil qəzasında həlak olan hərbi qulluqçusu Həsən İsmayılov yanvarın 5-də Gəncədə dəfn olunub.
Dəfndən əvvəl mərhumla yaşadığı evdə vida mərasimi keçirilib.
Mərasimdə hərbçinin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak ediblər.
Vida mərasimindən sonra H.İsmayılov Gəncə şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Azərbaycan Ordusunun yanvarın 4-də Laçında avtomobil qəzasında həlak olan hərbçisi Həsən İsmayılovla Gəncədə vida mərasimi keçirilir.
Mərasimdə onun yaxınları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edirlər.
Mərasim başa çatdıqdan sonra mərhum Şəhidlər xiyabanında dəfn olunacaq (Report).
Xatırladaq ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.
Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.
Laçında hərbçilərin avtoqəzaya düşməsi ilə bağlı cinayət işi açılıb
Laçında hərbçilərin avtoqəzaya düşməsi ilə bağlı cinayət işi açılıb.
Azərbaycan Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən bildirilib ki, daxil olan məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilmiş, izahatlar alınmış və digər hərəkətlər icra edilib.
Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.3-cü (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.
Laçında avtoqəzaya düşərək yaralanan hərbçilər Xankəndi və Bərdəyə aparılıb.
"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, avtomobildə 11 nəfər olub.
Onlardan 2-si həlak olub, 2-si ağır vəziyyətdə Xankəndi xəstəxanasına yerləşdirilib. Digər xəsarət alanlar isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Xatırladaq ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.