DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zelenski xarici siyasətdə ilin ən uğursuzların reytinqinə başçılıq edir

© AP Photo / Mary AltafferUkrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.01.2024
Abunə olmaq
ABŞ ilk dəfə deyil ki, müttəfiqlərindən üz döndərir.
BAKI, 4 yanvar — Sputnik. “Responsible Statecraft” jurnalının versiyasına görə, Ukrayna Prezidenti Vladimir Zelenski 2023-cü ilin ən böyük xarici siyasət uğursuzu olub.
Bu barədə jurnaldakı məqalədə qeyd edilib.
Materialın müəllifləri qeyd ediblər ki, ötən ilin sonunda, “demək olar ki, bütün müttəfiqlər Ukrayna liderindən üz çeviriblər”. Söhbət, həmçinin ABŞ-dan da gedir. Nəşr Ukrayna Silahlı Qüvvələrinin uğursuz əks-hücumunu da qeyd edib.
“Ukraynanın NATO-ya qoşulması məqsədi hazırda boş xəyal kimi görünür. Bu ilin sonunda Vaşinqtondan və Qərb paytaxtlarından silah və pul axını isə ciddi şəkildə yavaşlayıb. Getdikcə təcrid olunmuş və qeyri-real görünən Zelenski hazırda gözdən düşmüş kimi görünür.
Jurnalistlər əlavə ediblər ki, Zelenskinin bədbəxtliyindən bu, ABŞ-ın müttəfiqlərindən üz döndərdiyi ilk hal deyil.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna prezidentinin öz xalqına xəyanət etdiyini bildirib. O, əsas məsələlərdə Zelenskinin mövqeyinin dəyişkənliyinə diqqət çəkib.
Xəbər lenti
0