https://sputnik.az/20240104/tebb-masazirda-eyvandan-yixilan-15-yasli-qizla-bagli-arasdirma-aparilir-461755363.html
TƏBİB: Masazırda eyvandan yıxılan 15 yaşlı qızla bağlı araşdırma aparılır
TƏBİB: Masazırda eyvandan yıxılan 15 yaşlı qızla bağlı araşdırma aparılır
Sputnik Azərbaycan
Birgə konsiliumun nəticəsinə uyğun olaraq hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir. 04.01.2024, Sputnik Azərbaycan
2024-01-04T15:29+0400
2024-01-04T15:29+0400
2024-01-04T15:29+0400
səhiyyə
təbib
tibbi ərazi bölmələrini idarəetmə birliyi
masazır
masazır qəsəbəsi
qız
araşdırma
eyvan
https://cdnn1.img.sputnik.az/img/07e5/04/16/426765441_0:0:3072:1728_1920x0_80_0_0_a3665ecb9ad3dc3bbef0ae9dca82e935.jpg
BAKI, 4 yanvar - Sputnik. Abşeron rayonu, Masazır qəsəbəsi, Fizuli 49 ünvanından Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar hazırda müvafiq araşdırma aparılır.TƏBİB-dən verilən xəbərə görə, araşdırmanın nəticəsinə uyğun olaraq aidiyyəti üzrə tədbirlər görüləcək."Zərurət yaranarsa, hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Abşeron rayonu üzrə bayram günlərində günlük normadan artıq müraciət qeydə alınıb. Bütün tibbi yardım briqadaları xidmətə cəlb olunub. Bildiririk ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin işi optimallaşdırılaraq təkmilləşdirilir. Xidmət keyfiyyətinin yüksəldilməsi üçün struktur optimallaşdırılması həyata keçirilir, cari ilin ilk aylarında proses tam yekunlaşacaq. Əlavə olaraq bildiririk ki, hazırda Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 15 yaşlı Ayan Aslanovaya EKQ, KT, ultrasəs və laborator müayinələri, uşaq cərrahının, torakal cərrahın, reanimatoloqun, travmatoloqun və neyrocərrahın baxışı təmin olunub.Birgə konsiliumun nəticəsinə uyğun olaraq hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir", - açıqlamada deyilir.Qeyd edək ki, sosial şəbəkə platformalarında dünən yeniyetmənin eyvandan yıxılması və bundan sonra Təcili Tibbi Yardım çağırıldığı halda çağırışa həkimin gəlmədiyinə dair məlumat yayılıb.
masazır qəsəbəsi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/16/426765441_341:0:3072:2048_1920x0_80_0_0_5ad87394dc8228158167d5f43b02faf6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təbib, tibbi ərazi bölmələrini idarəetmə birliyi, masazır, masazır qəsəbəsi, qız, araşdırma, eyvan
təbib, tibbi ərazi bölmələrini idarəetmə birliyi, masazır, masazır qəsəbəsi, qız, araşdırma, eyvan
TƏBİB: Masazırda eyvandan yıxılan 15 yaşlı qızla bağlı araşdırma aparılır
Birgə konsiliumun nəticəsinə uyğun olaraq hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
BAKI, 4 yanvar - Sputnik. Abşeron rayonu, Masazır qəsəbəsi, Fizuli 49 ünvanından Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar hazırda müvafiq araşdırma aparılır.
TƏBİB-dən verilən xəbərə görə, araşdırmanın nəticəsinə uyğun olaraq aidiyyəti üzrə tədbirlər görüləcək.
"Zərurət yaranarsa, hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Abşeron rayonu üzrə bayram günlərində günlük normadan artıq müraciət qeydə alınıb. Bütün tibbi yardım briqadaları xidmətə cəlb olunub. Bildiririk ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin işi optimallaşdırılaraq təkmilləşdirilir. Xidmət keyfiyyətinin yüksəldilməsi üçün struktur optimallaşdırılması həyata keçirilir, cari ilin ilk aylarında proses tam yekunlaşacaq. Əlavə olaraq bildiririk ki, hazırda Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 15 yaşlı Ayan Aslanovaya EKQ, KT, ultrasəs və laborator müayinələri, uşaq cərrahının, torakal cərrahın, reanimatoloqun, travmatoloqun və neyrocərrahın baxışı təmin olunub.
Birgə konsiliumun nəticəsinə uyğun olaraq hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir", - açıqlamada deyilir.
Qeyd edək ki, sosial şəbəkə platformalarında dünən yeniyetmənin eyvandan yıxılması və bundan sonra Təcili Tibbi Yardım çağırıldığı halda çağırışa həkimin gəlmədiyinə dair məlumat yayılıb.