DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Baydenin xarici siyasəti 2023-cü ildə uğursuz olub

© AFP 2023 / LUDOVIC MARINCo Bayden Hindistanda G20 sammitində
Co Bayden Hindistanda G20 sammitində - Sputnik Azərbaycan, 1920, 04.01.2024
Abunə olmaq
Co Bayden ABŞ tarixinin ən qeyri-populyar prezidentlərindən birinə çevrilir.
BAKI, 4 yanvar — Sputnik. Amerika lideri Co Bayden administrasiyasının 2023-cü ildəki xarici siyasəti uğursuz olub.
Bu, “Responsible Statecraft” portalının şərhçisi Deniel Larisonun fikridir.
Onun sözlərinə görə, ABŞ İsrail və Ukrayna ilə bağlı tələsik qərarlar verib. Təl-Əvivə qeyd-şərtsiz dəstək olmaq Vaşinqtonun xarici siyasət maraqlarına zərbə vurub. Bundan əlavə, ilin sonunda Amerika dövləti Ukraynanı praktiki olaraq tərk edib.
"Bayden administrasiyasının 2023-cü ildəki xarici siyasət performansı ona gələn ilki seçkilərdə öyünmək üçün heç də çox əsas verməyib", -deyə Larison qeyd edib.
O qeyd edib ki, ilin son ayında ABŞ ilin birinci ayı ilə müqayisədə daha çox gərginləşib. İl ərzində Bayden nailiyyətlər və uğursuzluqlar olmadan “rəvan” işləyirdi. Lakin oktyabrda o, büdrədi və İsrailə “qəddar üsullarla Qəzzada müharibə aparmaq üçün kart-blanş” verdi.
Larison əlavə edib ki, bu yolla Vaşinqton iki silahlı münaqişəyə dəstək verir. Ukraynada çıxılmaz vəziyyət yaranıb. ABŞ dövlətləri dəstəkləmək üçün bütün vəsaiti demək olar ki, tükədib, lakin amerikalılara bu taktikanın haqlı olduğunu heç cür başa sala bilməyib.
Bundan əlavə, İsrailin dəstəyi İraq və Suriyanın nizamsız qüvvələrini münaqişəyə cəlb edib. Hazırda Yaxın Şərqdə daha da böyük eskalasiya riskləri artıb.
Daha əvvəl Co Baydenin kədərli rekordlar vurmağa davam etdiyi bildirilmişdi. O, ABŞ tarixinin ən qeyri-populyar prezidentlərindən birinə çevrilir.
Xəbər lenti
0