https://sputnik.az/20240104/azerbaycanda-novbeti-3-gunde-musahide-olunacaq-hava-seraiti-aciqlanib-461755704.html
Azərbaycanda növbəti 3 gündə müşahidə olunacaq hava şəraiti açıqlanıb
Azərbaycanda növbəti 3 gündə müşahidə olunacaq hava şəraiti açıqlanıb
Sputnik Azərbaycan
Bölgələrdə yanvarın 5-i günün birinci yarısında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. 04.01.2024, Sputnik Azərbaycan
2024-01-04T15:58+0400
2024-01-04T15:58+0400
2024-01-04T15:58+0400
hava
hava
hava
hava
hava proqnozu
hava proqnozu
hadisə
hava şəraiti
hava şəraiti
https://cdnn1.img.sputnik.az/img/42202/71/422027164_0:320:3073:2048_1920x0_80_0_0_56a462fff938d27bb4e409846d86009e.jpg
BAKI, 4 yanvar - Sputnik. Azərbaycanda yanvarın 5, 6 və 7-də müşahidə olunacaq hava şəraiti açıqlanıb.Bu barədə "Report"a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.Onun sözlərinə görə, 5 və 6 yanvar tarixlərində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir: "Lakin 6-sı səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi ayın 6-da arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Küləyin maksimal sürəti bəzi yerlərdə 25-30 m/s-yə çıxacaq. Axşama doğru külək zəifləyəcək. Havanın temperaturu günorta saatlarında 8 -13 dərəcə isti olacaq".G.Məmmədova qeyd edib ki, bölgələrdə də yanvarın 5-i günün birinci yarısında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz qərb rayonlarından başlayaraq 6-sı səhərədək arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.Xidmət rəsmisi bildirib ki, ayrı-ayrı yerlərdə - Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur bölgəsində və Quba, Qusar zonasında yağıntıların intensiv olacağı ehtimal edilir: "6 yanvarda gündüz saatlarından yağıntıların dayanacağı, 7 yanvar tarixində isə əksər rayonlarda yağmursuz hava şəraitinin olacağı gözlənilir. Qərb küləyi bəzi bölgələrdə arabir 25 -30 m/s-dək güclənəcək. Havanın temperaturu Aran rayonlarında günorta saatlarında 10 -15 dərəcə isti, dağlıq rayonlarda isə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42202/71/422027164_0:0:2731:2048_1920x0_80_0_0_4b884451eed2ba046ae680cd5300a299.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hava, hava, hava, hava, hava proqnozu, hava proqnozu, hava şəraiti, hava şəraiti
hava, hava, hava, hava, hava proqnozu, hava proqnozu, hava şəraiti, hava şəraiti
Azərbaycanda növbəti 3 gündə müşahidə olunacaq hava şəraiti açıqlanıb
Bölgələrdə yanvarın 5-i günün birinci yarısında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır.
BAKI, 4 yanvar - Sputnik. Azərbaycanda yanvarın 5, 6 və 7-də müşahidə olunacaq hava şəraiti açıqlanıb.
Bu barədə "Report"a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, 5 və 6 yanvar tarixlərində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir: "Lakin 6-sı səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi ayın 6-da arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Küləyin maksimal sürəti bəzi yerlərdə 25-30 m/s-yə çıxacaq. Axşama doğru külək zəifləyəcək. Havanın temperaturu günorta saatlarında 8 -13 dərəcə isti olacaq".
G.Məmmədova qeyd edib ki, bölgələrdə də yanvarın 5-i günün birinci yarısında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz qərb rayonlarından başlayaraq 6-sı səhərədək arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Xidmət rəsmisi bildirib ki, ayrı-ayrı yerlərdə - Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur bölgəsində və Quba, Qusar zonasında yağıntıların intensiv olacağı ehtimal edilir: "6 yanvarda gündüz saatlarından yağıntıların dayanacağı, 7 yanvar tarixində isə əksər rayonlarda yağmursuz hava şəraitinin olacağı gözlənilir. Qərb küləyi bəzi bölgələrdə arabir 25 -30 m/s-dək güclənəcək. Havanın temperaturu Aran rayonlarında günorta saatlarında 10 -15 dərəcə isti, dağlıq rayonlarda isə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq".