DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-da marallara yoluxmuş virus insanlara keçə bilər

© Photo : CDCVirus
Virus - Sputnik Azərbaycan, 1920, 04.01.2024
Abunə olmaq
Xəstəliyin sağalmaz olduğu, virusun isə son dərəcə yoluxucu olduğu qeyd edilib.
BAKI, 4 yanvar — Sputnik. ABŞ-da marallar arasında yayılan CWD virusu insanlara yoluxmağa başlaya bilər.
“Daily Mail” bu barədə yazıb.
Bu, virusun yayılma mexanizmlərini araşdıran mütəxəssislərin gəldiyi qənaətdir. O, növlərarası maneəni keçə bilər və əvvəlcə digər heyvanlar arasında, sonra insanlar arasında yayılmağa başlaya bilər. Nəşr qeyd edib ki, bununla bağlı hələ heç bir sübut yoxdur, lakin ovçulara yoluxmuş maralların ətini yeməmək barədə xəbərdarlıq edilib.
Xəstəliyin sağalmaz olduğu, virusun isə son dərəcə yoluxucu olduğu qeyd edilib.
Daha əvvəl bildirilmişdi ki, “Yellouston” Milli Parkında xroniki arıqlama xəstəliyindən (CWD) ilk ölüm təsdiqlənib. Bunun səbəbi infeksion patogenlərin xüsusi sinfi olan prionlardır. Onlar heyvanın beynində və sinir sistemində degenerativ dəyişikliklərə səbəb olurlar. İnfeksiyadan sonra marallar arıqlayır, qeyri-sabit hərəkət edir, daim büdrəyir, tüpürcək ifrazı və süstlük artır, baxışları “xarakterik olaraq boş” olur. Bu səbəbdən də bəziləri bu vəziyyəti zombi xəstəliyi adlandırırlar.
Xatırladaq ki, “zombi” əlamətləri Kurqan bölgəsində cüyürlərdə də qeydə alınıb. Yüksək kateqoriyalı baytar Mixail Şelyakov deyib ki, bu əlamətlər heyvanların pestisidlərlə zəhərlənməsindən xəbər verirlər.
Xəbər lenti
0