DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İtdən daha ayıq və qənaətcil: Braziliya həbsxanasında qazlar patrul xidmətinə təyin olunub

© AFP 2023 / ADEM ALTANQaz
Qaz - Sputnik Azərbaycan, 1920, 03.01.2024
Abunə olmaq
Həbsxananın daxili hasarı ilə əsas xarici divar arasındakı sahə bir qaz sürüsünə ayrılıb.
BAKI, 3 yanvar — Sputnik. Braziliyanın cənubundakı Santa-Katarina ştatında həbsxana rəhbərliyi gözətçi itlərini qazlarla əvəzləyib. Belə ki, qazlar hazırda penitensiar ərazinin bir hissəsini patrul edirlər. "Rossiyskaya qazeta" bu barədə xəbər verib.
Həbsxana rəsmiləri quşların dördayaqlı sələflərindən daha ayıq olduğunu deyirlər. Bundan əlavə, onların saxlanması qurumun büdcəsi üçün daha sərfəlidir.
© SputnikQaz
Muğanlı kəndində  - Sputnik Azərbaycan, 1920, 25.12.2023
Qaz
"Bizim elektron nəzarət sistemimiz, zabitlər tərəfindən nəzarətimiz, hazırda isə qazlar tərəfindən nəzarətimiz var" - koloniya rəisi Markos Roberto de Souza bildirib.
Qeyd edək ki, həbsxananın daxili hasarı ilə əsas xarici divar arasında bir sahə bir qaz sürüsünə ayrılıb. Bu ərazidə yad adamlar peyda olarsa, quşlar yüksək səslə qışqırmağa başlayır və mühafizəçilərin diqqətini cəlb edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0