DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran üçün ÜTT-yə üzvlüklə bağlı səy göstərmək mənasızdır - XİN

© AP Photo / Vahid Salemi, Fileİran bayrağı, arxiv
İran bayrağı, arxiv - Sputnik Azərbaycan, 1920, 03.01.2024
Abunə olmaq
XİN rəsmisi bildirib ki, Aİİ ilə azad ticarət İran və Rusiyanın ticarət sahəsində əlaqələrinə böyük təsir göstərəcək.
BAKI, 3 yanvar - Sputnik. İranın üzv olduğu BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Avrasiya İqtisadi Birliyi (Aİİ), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) kimi regional təşkilatlara görə İran Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmağa ehtiyac görmür. İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri RİA Novosti-yə müsahibəsində bildir.

“Biz ÜTT-da müşahidəçi ölkəyik , lakin BRİKS-ə üzvlüklə, ŞƏT, Aİİ və İƏT-ə üzlüyü bir araya gətirdikdə ÜTT-yə üzv olmağa ehtiyac görmürük. Üzv olduğumuz bu təşkilatlarla avtomatik olaraq regional səviyyədə ÜTT-yə üzv oluruq və faydalarımızı götürürük", - dilomat bildirib.

İran Xarici İşlər Nazirliyinin rəis müavini qeyd edib ki, İrana ÜTT-də iştirak təklif edilərsə, ölkə belə bir addımı alqışlayacaq və bu təşkilata üzv olacaq, lakin vurğulayıb ki, İslam Respublikasının adını çəkdiyi assosiasiyalara üzvlük sayəsində, “regional və qlobal səviyyədə ehtiyaclar praktiki olaraq ödənilir”.
Onun sözlərinə görə, Aİİ ilə azad ticarət İran və Rusiyanın ticarət sahəsində əlaqələrinə böyük təsir göstərəcək, Bunun nəticəsində İran və Rusiya arasında BRİKS və ŞƏT çərçivəsində maliyyə, tranzit, enerji, texniki və bilik tutumlu layihələr sahəsində yaxşı əməkdaşlıq üçün əsas formalaşdıra bilər.
2023-cü ilin avqustunda Cənubi Afrikada keçirilən BRİKS sammitində CAR prezidenti Siril Ramafosa təşkilatın üzvlərinin Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və BƏƏ-ni BRİKS-ə tamhüquqlu üzv olmağa dəvət etmək qərarına gəldiyini açıqlayıb. Argentina daha sonra birlikdə iştirakdan imtina edib. Yeni ölkələrin bu təşkilatda tam iştirakı 2024-cü il yanvarın 1-dən başlayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Sergey Ryabkovun Yohannesburqda keçirilən sammitin yekunları üzrədeyib ki, BRİKS-ə qoşulmaq istəyən dövlət assosiasiyaya daxil olan ölkələrə qarşı sanksiyalar tətbiq etməməlidir.
Aİİ ölkələri İranla 2019-cu ildən qüvvədə olan müvəqqəti sazişi əvəz etməli olan tam miqyaslı azad ticarət sazişi 2023-cü ilin dekabr ayının sonunda imzalayıb. İmzalanma Ali Avrasiya İqtisadi Şurasının Sankt-Peterburqda keçirilən iclası çərçivəsində baş tutub. Mərasimdə imzaları Avrasiya İqtisadi Komissiyasının (AİK) İdarə Heyətinin sədri Mixail Myasnikoviç, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və İranın sənaye, mədən və ticarət naziri Abbas Əliabadi imzalayıblar. Müqaviləni Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan nümayəndələri də imzalayıblar.
ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Buraya Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan daxildir. Müşahidəçi ölkələr Əfqanıstan, Belarus və Monqolustan, tərəfdaş ölkələr Azərbaycan, Ermənistan, Kamboca, Nepal, BƏƏ, Türkiyə və Şri-Lankadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0