Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Ötən ilin təhsil mənzərəsi

© iStock.com / seb_raMəktəbdə şagirdlər
Məktəbdə şagirdlər - Sputnik Azərbaycan, 1920, 03.01.2024
Abunə olmaq
2023–2024-cü tədris ilində Dövlət Proqramı çərçivəsində 17 ölkənin nüfuzlu ali təhsil müəssisələri üzrə 64 nəfər bakalavriat, 317 nəfər magistratura səviyyəsində olmaqla ümumilikdə 381 nəfər xaricdə təhsil hüququ qazanıb.
BAKI, 3 yanvar — Sputnik. Artıq geridə qoyduğumuz 2023-cü ildə təhsildə də bir sıra yeniliklər oldu. Sputnik Azərbaycan 2023-cü ilin təhsil mənzərəsinə nəzər salıb.
Yenilənən dərsliklər
Elm və Təhsil Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələri üçün 61 adda dərslik yenilənib. Dövlət ümumi təhsil müəssisələri üçün təhsilalanların dərslik ehtiyacı müəyyənləşdirilərək 318 adda 7 758 970 nüsxə dərslik çap edilib və məktəblərə çatdırılıb. 21 adda dərsliyin Brayl əlifbasında törəmə nəşrləri hazırlanaraq çap edilib və xüsusi təhsil müəssisələrinə çatdırılıb. 4 azsaylı xalqın dilində 13 adda dərslik yenilənib və 19 150 nüsxədə çap edilərək ümumi təhsil müəssisələrinə çatdırılıb.
Elektron dərsliklər
2023-cü ildə video.edu.az portalındakı videoresursların sayı 19 500-ü ötüb. İstifadəyə verilmiş 61 adda dərslik və onunla komplekt təşkil edən metodik vəsait www.trims.edu.az səhifəsində yerləşdirilib. Ümumilikdə ümumi təhsil müəssisələri üçün səhifədə 1014 resurs istifadəyə açıqdır. İstifadəyə verilmiş 61 adda dərsliyin interaktiv variantı www.e-derslik.edu.az platformasında yerləşdirilib. Hazırda portalda ümumi təhsil səviyyəsi üçün 351 ədəd resurs istifadədir.
Məktəbəhazırlıq qruplarının əyani vəsaitləri
Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında işin səmərəli təşkili üçün 5 adda 32 000 ədəd əlavə tədris vəsaiti (manipulyativlər) məktəblərə çatdırılıb.
© Photo : Department of Education for Baku CityMəktəbəhazırlıq qrupu
Məktəbəhazırlıq qrupu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.12.2023
Məktəbəhazırlıq qrupu
Təhsil müəssisələrinin internet təminatı
Ölkə üzrə 4305 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) və internetə çıxışla təmin edilib. Bunlardan 1365 fiber-optik, 1908 simsiz və 1032 ADSL rabitə kanalı vasitəsilə çıxışla təmin edilib.
Təhsil müəssisələrinin İKT avadanlıqları ilə təminatı
2023-cü ildə 43 350 ədəd kompüter avadanlığı ölkənin təhsil müəssisələrinə paylanılıb.
Müəllimlərin işə qəbulu
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə nəticələrinə əsasən 4368 nəfər müddətsiz, 2351 nəfər isə müddətli müqavilə ilə işlə təmin olunub. Cari tarixə qədər əlavə yerləşdirmə mərhələsi üzrə 2529 nəfər müddətli müqavilə əsasında işləmək imkanı əldə edib.
STEAM
2023-cü ildə STEAM layihəsi 400 ümumtəhsil məktəbi və 25 STEAM Mərkəzini əhatə edib. Ümumilikdə 180 min şagird STEAM tədrisinə cəlb edilib.
"Rəqəmsal bacarıqlar"
2023-cü ildə "Rəqəmsal bacarıqlar" layihəsi 53 region üzrə 532 məktəbdə 410 000-dən çox şagirdi əhatə edib. 28 ümumi təhsil müəssisəsində (Bakı, Sumqayıt, Mingəçevir, Gəncə) X və XI siniflərdə informatika yönümlü tədrisin aparılması üçün İnformatika təmayüllü siniflərdə 950-dən çox şagird "Rəqəmsal bacarıqlar" üzrə təhsilə cəlb edilib.
Peşə təmayüllü siniflər
2022-2023-cü tədris ilində "Peşə təmayüllü siniflərin təşkili" layihəsi 196 məktəbdə 232 sinfi və 3500-dən çox şagirdi əhatə edib.Peşə təmayüllü siniflərdə 4 profil üzrə dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası, mebel quraşdırma, aqronom, dərzi, qənnadçı, bərbər, helpdesk, qrafik dizayner, kompüter operatoru peşə ixtisasları tədris edilir.
© AR Ministry of EducationPeşə təmayüllü məkan
Peşə təmayüllü məkan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.12.2023
Peşə təmayüllü məkan
Qızıl və gümüş nişanla təltif edilən məzunlar
2022-2023-cü tədris ilində ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurduğuna görə 126 məzun qızıl, 95 məzun gümüş nişanla təltif edilib.
Şagirdlərimizin yerli və beynəlxalq uğurları
Beynəlxalq olimpiadalarda ümumilikdə 130 şagird iştirak edib. I yer üzrə 5, II yer üzrə 13, III yer üzrə 39 medal və 24 həvəsləndirici sertifikat qazanılıb. Ölkənin 65 bölgəsində 8 müxtəlif fənn üzrə keçirilən Respublika Fənn Olimpiadalarında qeydiyyatdan keçənlərin sayı 45933, qızıl medalçıların sayı 84, gümüş medalçıların sayı 166, bürünc medalçıların sayı isə 248 nəfər olub. Məktəblilərarası VIII Respublika Fənn Müsabiqələrinə ölkə üzrə 31571 nəfər şagird qatılıb. Onlardan 211 nəfəri qalib olub.Lütfi Zadə adına məntiq olimpiadası üzrə qeydiyyatdan keçən 18024 iştirakçıdan 12-si qızıl, 19-u gümüş, 30-u isə bürünc medal qazanıb. Ümumilikdə 61 nəfər qalib olub.
Peşə təhsili
Tələbə sayı 21 000 nəfərə yaxın olub. 72 peşə təhsil müəssisəsində 128 ixtisas üzrə tələbə qəbulu aparılıb. Peşə təhsili müəssisələrinə qəbul üçün ümumilikdə 113 925 müraciət daxil olub, 20 563 nəfər isə tələbə adını qazanıb. Onlardan 13 632-i kişi, 6931-i isə qadındır. 17 022 nəfər dövlət sifarişli, 3541 nəfər isə ödənişli əsaslarla peşə təhsili müəssisələrinə qəbul olub. Ötən illə müqayisədə qəbul olan şəxslərin sayı 8 faiz artıb.
Adambaşına maliyyələşmə mexanizmi
2023-cü il ərzində 8 pilot müəssisə üzrə ümumi 5452 nəfər tələbəyə adambaşı maliyyələşmə mexanizmi tətbiq edilib.
Peşə təhsili üzrə tələbə krediti
Peşə təhsili alan 28 tələbəyə ilk dəfə olaraq 7675 manat məbləğində təhsil tələbə krediti verilib.
6 yeni ixtisas üzrə təhsil proqramı hazırlanıb
2023-2024-cü tədris ili üzrə yüksək texniki peşə təhsili səviyyəsi üzrə kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, kənd təsərrüfatı və inşaat texnikasının (maşınlarının) istismarı, texniki peşə təhsili səviyyəsi üzrə rabitə quraşdırıcısı-kabelçi , kombi və kondisioner ustası, planer və mühərrik üzrə mexanik, unüyütmə istehsalının aparatçısı olmaqla, ümumilikdə 6 yeni ixtisas üzrə səriştə əsaslı təhsil proqramları hazırlanıb. Yeni ixtisas və proqramların yaradılması zamanı işəgötürənlərdən gələn tələblər, ixtisasın tədris olunduğu regionun ümumi sosial-iqtisadi inkişaf meylləri nəzərə alınıb və əmək bazarının tələblərinə uyğunlaşdırılıb.
© AFP 2024 / FRED DUFOURAuditoriyada tələbələr
Студенты сдают экзамен, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.12.2023
Auditoriyada tələbələr
22 xarici dilli dərsliyin tərcüməsinə başlanılıb
2023-cü ilin son rübündən 16 türk, 4 ingilis, 2 alman dilli dərsliyinin tərcüməsinə başlanılıb. Türk dilində olan peşə təhsili dərslikləri qida təhlükəsizliyi, satış, İKT, poliqrafiya və digər sahələri əhatə edir. Böyük Britaniya və Almaniya Federativ Respublikasının peşə təhsili müəssisələrində tətbiq edilən tərcümə edilməkdə olan dərsliklər isə elektronika, logistika, metal mühəndisliyi sahələrini əhatə edir.
110 ölkədən 9900-dək əcnəbi tələbə
2023-2024-cü tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 110 ölkədən 9900-dək əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır. Bu da ötən ilə (8900 nəfər) nisbətdə 11 faiz, 2015-2016-cı tədris ilinə (4 326 nəfər) nisbətdə isə 128 faiz artım deməkdir. Tələbələr, əsasən, Türkiyə, İran, Gürcüstan, Pakistan, Rusiya, Nigeriya, Hindistan, Şri-Lanka, İraq, Suriya və digər ölkələri təmsil edirlər.
SABAH tələbələri
SABAH qrupları 10 ali təhsil müəssisəsini, 8 ixtisas istiqaməti üzrə (təhsil, mühəndislik, İT, təbiət, humanitar-sosial, iqtisadiyyat, incəsənət, idman) 55 ixtisası, 3973 tələbəni və 5793 məzunu əhatə edir. 2023-cü ildə SABAH qruplarından 11 ali təhsil müəssisəsində, bakalavr səviyyəsində 29 ixtisas üzrə 819, magistratura səviyyəsində 7 ixtisas üzrə 268 tələbə məzun olub.
"Bir" tələbə-könüllü proqramı
2023-cü tədris ilində proqram 34 ali , 19 orta, 10 peşə təhsili müəssisəsini əhatə edib. 30 000-dən çox könüllü üzvə sahib olan proqram il ərzində 398-dən çox tədbir təşkil edib və ümumilikdə 61 213 könüllü fəaliyyət saatı qeydə alınıb. Tələbə-könüllülərin dəstəyi ilə baş tutmuş tədbirlərdə minimum tələbə-könüllü sayı 1, maksimum isə 1216 nəfəri əhatə edib.
Elm və ali təhsil müəssisələrinin beynəlxalq elmmetrik bazalara çıxış imkanı
2023-cü ildə "Elsevier" və "Clarivate Analytics" şirkətləri ilə imzalanmış müqavilələrə uyğun olaraq 100-dən çox elm və ali təhsil müəssisəsinin müvafiq olaraq Scopus, Science Direct və Web of Science elmmetrik bazalarına çıxış imkanı yaradılıb.
Beynəlxalq impakt faktorlu jurnallarda çap olunan məqalə sayında artım
"Elsevier" şirkətinə məxsus Scopus elmmetrik bazasında indekslənmiş jurnallarda Azərbaycan alimləri tərəfindən 2023-cü ildə dərc olunmuş nəşrlərin sayında ötən ilin göstəricisinə nisbətən 5 faiz artım müşahidə olunub (2022-ci il üzrə göstərici – 2067, 2023-cü il üzrə cari göstərici – 2161).
Gənc qızların təhsilinə dəstək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə "Hənifə Məlikova – Zərdabi" adına təqaüd proqramı çərçivəsində ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, aztəminatlı ailələrdən və həssas qruplardan olan ilkin mərhələdə seçilmiş 25 nəfər təqaüdçünün sırasına daha sonra 55 nəfər qız da əlavə olunub. Beləliklə, ümumilikdə 80 tələbə qız təhsil müddəti ərzində aylıq 200 manat məbləğində təqaüd ilə təmin olunub. Gənc qızların təhsilinə dəstək proqramı çərçivəsində "NEQSOL Holding" ilə birgə digər layihənin icrasına başlanılıb. Layihə çərçivəsində sosial həssas təbəqədən olan, yüksək akademik göstəricilərə malik tələbə qızların təhsilinə dəstək göstəriləcəkdir. İlkin seçim mərhələsində layihəyə 674 müraciət daxil olmuşdur, ən yüksək göstəricilərə malik 50 tələbə aylıq 200 manat məbləğində təqaüd ilə təmin olunması nəzərdə tutulub.
© AFP 2024 / NATALIA KOLESNIKOVATələbə qızlar
Студенты, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.12.2023
Tələbə qızlar
2023-cü ildə təhsildə başlıca hədəflər olaraq qarşıya qoyulmuş yeni dövrün çağırışlarına uyğun təhsil mühitinin formalaşmasına nail olmaq üçün məqsədyönlü fəaliyyət həyata keçirilib. 2023–2024-cü tədris ilində Dövlət Proqramı çərçivəsində 17 ölkənin nüfuzlu ali təhsil müəssisələri üzrə 64 nəfər bakalavriat, 317 nəfər magistratura səviyyəsində olmaqla ümumilikdə 381 nəfər xaricdə təhsil hüququ qazanıb. 2023-cü ildə keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsində 23 259 təhsilverən iştirak edib və onlardan 23 160 nəfəri uğur qazanıb. 2023-cü il üzrə sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq olunub. Ümumilikdə, 2023-cü ildə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsində 31 207 təhsilverən iştirak edib və onlardan 23 160 nəfəri test və müsahibə mərhələlərində uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. 2026-cı ilə qədər 135 min təhsilverənin sertifikatlaşdırmaya cəlb olunması planlaşdırılır.
Bakı təhsili
2023-cü ildə Bakı şəhəri Hövsan qəsəbəsində (MİDA Yaşayış Kompleksi) 13 və 14 saylı uşaq bağçaları istifadəyə verilib. Bakı şəhəri Bakı şəhəri Ramana qəsəbəsində 347 saylı uşaq bağçası və Xocəsən qəsəbəsində 348 saylı uşaq bağçası yaradılıb. Hazırda həmin müəssisələrin fəaliyyətə başlaması üçün zəruri tədbirlər görülür.
72 paytaxt məktəblisi olimpiadada qalib olub
Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən 72 paytaxt məktəblisi qalib olub. Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 13 nəfər qızıl, 18 nəfər gümüş, 41 nəfər bürünc medal qazanıb.
Respublika fənn müsabiqələrində 31 şagird qalib olub
Fənn müsabiqələrində BŞTİ-nin tabeliyindəki məktəblərdə təhsil alan 31 şagird qızıl, gümüş və bürünc medal qazanıb. Onlardan 8 nəfəri riyaziyyat, 4 nəfəri fizika, 7 nəfəri biologiya, 1 nəfəri kimya, 11 nəfəri isə informatika fənni üzrə fərqlənənlər sırasında yer alıb.
24 məzun qızıl və gümüş nişana layiq görülüb
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrini 2023-cü ildə 24 məzun qızıl və gümüş nişanla başa vurub. Belə ki, paytaxt məktəblərinin XI sinif məzunlarından 18-i qızıl, 6-sı gümüş nişana layiq görülüb.
1 919 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrini 1 919 nəfər fərqlənmə attestatı ilə başa vurub. Onlardan 1 029 nəfər ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə, 890 nəfər isə tam orta təhsil (XI sinif) səviyyəsi üzrə fərqlənmə attestatı alıb.
50 məktəbin İnkişaf Planı hazırlanıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzi tərəfindən il ərzində 50 məktəbin İnkişaf Planı hazırlanıb. İnkişaf Planı hazırlanan məktəblərin kollektivləri ilə görüşlər keçirilib. Görüşlərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin həyata keçirdiyi keyfiyyət monitorinqinin nəticələri təhlil edilib, müvafiq müzakirələr aparılıb və məktəblərin inkişaf perspektivləri müəyyənləşdirilib. Həmçinin inkişaf planlarının icrası istiqamətində təhsil müəssisələrinə mentor dəstəyi göstərilib.
© iStock.com / uatp2Boş sinif otağı
Пустой класс  - Sputnik Azərbaycan, 1920, 29.12.2023
Boş sinif otağı
20 000 mindən çox şagird təmayül sinifdə təhsil alır
2023-cü ildə ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib. Belə ki, BŞTİ-nin tabeliyindəki 188 təhsil müəssisəsində təşkil edilən 922 təmayül sinifdə 20 592 şagird təhsil alır. Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.
700-ə yaxın uşaq icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb olunub
BŞTİ-nin tabeliyindəki 16 ümumi təhsil məktəbində "İcma əsaslı məktəbəqədər təhsil" layihəsi həyata keçirilir.Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən layi hənin tətbiq olunduğu paytaxt məktəblərindəki 34 icma əsaslı məktəbəqədər təhsil qrupuna 696 uşaq cəlb olunub.
160-a yaxın şagird inklüziv təhsilə cəlb edilib
Bakı şəhəri üzrə 18 ümumi təhsil müəssisəsində 160-a yaxın şagird inklüziv təhsilə cəlb edilib. İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.
İşə qəbul üzrə 2 743 vakansiya təqdim olunub
2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2 743 vakansiya təqdim olunub. Müsabiqələr nəticəsində il ərzində 2 258 nəfər işə qəbul olunub. 2023-cü ildə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 976 manat təşkil edib. BŞTİ-nin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əmək haqqı isə 612 manat təşkil edib.
Paytaxtın 62 məktəbində şagird davranış qaydalar tətbiq olunur
BŞTİ-nin tabeliyindəki 62 məktəbdə Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanmış "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" "Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat" tətbiq olunur. Qeyd edilən təlimat və qaydalar hazırlanarkən şagirdlər, müəllimlər, o cümlədən valideynlər arasında keçirilən sorğuların nəticələri nəzərə alınıb, beynəlxalq və özəl təhsil müəssisələrinin təcrübələri araşdırılıb.
175 məktəbəqədər təhsil müəssisəsində monitorinq aparılıb
BŞTİ-nin tabeliyindəki 175 məktəbəqədər təhsil müəssisəsində monitorinqlər keçirilib. Monitorinqlərin keçirilməsində əsas məqsəd rəhbərlik və nəzarətin yerinə yetirilməsi, uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu, davamiyyəti, qidalanması, tərbiyə prosesinin təşkili vəziyyətinin öyrənilməsi, həmçinin tədris-pedaqoji və metodiki sənədlərlə işin, əmək və icra intizamının, təchizat, təsərrüfat fəaliyyətinin real vəziyyətinin təhlil edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsindən ibarətdir.
Məktəblərin fəaliyyət planları təhlil olunub
Təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə fəaliyyət planları təhlil olunub. Belə ki, fəaliyyət planları əvvəlcədən müəyyənləşdirilmiş 9 meyar üzrə ölçülüb və təhlil hesabatı hazırlanıb. Fəaliyyət planlarının təhlil olunmasında əsas məqsəd təhsil müəssisələrinin illik fəaliyyətlərinin tələblərə uyğun olmasını müəyyənləşdirmək və spesifik planların hazırlanmasına dəstək olmaqdan ibarətdir.
© Sputnik / Murad OrujovBakıda məktəbdə şagirdlər
День знаний в школе №20 - Sputnik Azərbaycan, 1920, 29.12.2023
Bakıda məktəbdə şagirdlər
210 məktəbdə STEAM layihəsi tətbiq edilir
BŞTİ-nin tabeliyindəki 210 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilir. Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.
Beynəlxalq STEAM Azərbaycan Festivalında 64 şagird fərqlənib
SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 64 şagird fərqlənib. 16 şagird isə xüsusi nominasiyalar üzrə medal və hədiyyələr qazanıb.
Qeyd edək ki, SAF 2023-ün keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlərin XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.
202 təhsil müəssisəsində "Rəqəmsal bacarıqlar" layihəsi tətbiq olunur
Paytaxtın 202 təhsil müəssisəsində "Rəqəmsal bacarıqlar" layihəsi tətbiq olunur. Layihə çərçivəsində 900 müəllim müvafiq təlimlərdən keçib. Həmçinin şagirdlər arasında "Kod Saatı: Rəqəmsal gələcəyə addım" müsabiqəsi təşkil olunub.
Ali məktəblərə qəbul imtahanlarında maksimum nəticə
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin məzunları - 299 nömrəli məktəb-liseyin məzunu Abdullayev Emil Rasim oğlu, 147 nömrəli Texniki-Humanitar Liseyin məzunu Hüseyn Saud Vasif oğlu I ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında bütün suallara düzgün cavab verərək 400 bal toplayıblar.
Paytaxt məktəbliləri idman yarışlarında 4 933 medal qazanıb
İl ərzində paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında 1 963 qızıl, 1 472 gümüş, 1 498 bürünc olmaqla, ümumilikdə 4933 medal əldə ediblər.
141 nəfər təhsil işçisi təltif edilib
BŞTİ-nin tabeliyindəki məktəblərdə çalışan təhsil işçiləri təltif edilib. Belə ki, BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən pedaqoji fəaliyyətlərində səmərəli xidmətlərinə, həmçinin yubileyləri münasibətilə 120 nəfər məktəb rəhbərinə (39 direktor, 81 direktor müavini) və təhsil sahəsində çalışan 21 nəfər Vətən Müharibəsi iştirakçısına, eyni zamanda şəhid ailələrinə Fəxri Fərman və hədiyyələr təqdim olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0