https://sputnik.az/20240103/hemas-sraille-danisiqlari-dondurub---kv-461741824.html
Həmas İsraillə danışıqları dondurub -KİV
Həmas İsraillə danışıqları dondurub -KİV
Sputnik Azərbaycan
HƏMAS Siyasi Bürosunun rəhbəri Beyrutda hərəkatın liderlərindən birinin öldürülməsini terror aktı adlandırıb. 03.01.2024, Sputnik Azərbaycan
2024-01-03T12:41+0400
2024-01-03T12:41+0400
2024-01-03T12:51+0400
dünya xəbərləri
israil
həmas
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/02/460169835_0:160:3072:1888_1920x0_80_0_0_190f91ceea6280e7e42b431a875f5b8f.jpg
BAKI, 3 yanvar - Sputnik. Fələstinin Həmas hərəkatı Beyrut ətrafında qruplaşmanın liderlərindən olan Saleh əl-Arurinin öldürülməsindən sonra Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı İsraillə danışıqların dondurulduğunu elan edib. Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. HƏMAS Siyasi Bürosunun rəhbəri Beyrutda hərəkatın liderlərindən birinin öldürülməsini terror aktı adlandırıb. Telekanalın qeyd edib ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə hücumu “terror aktı” kimi qiymətləndirərək, bunu Livanın suverenliyinin pozulması və İsrailin fələstinlilərə qarşı düşmənçiliyinin artması adlandırıb. Bundan əvvəl HƏMAS İsrailin pilotsuz təyyarəsinin Dahiyaya hücumu nəticəsində əl-Arurinin öldüyünü rəsmən təsdiqləyib. Əl-Aruri ilə yanaşı, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadasının iki komandiri də öldürülüb. Əl-Arurini HƏMAS-ın silahlı qanadının qurucularından biri adlandırırlar. 2017-ci ildə Əl-Aruri HƏMAS siyasi bürosu rəhbərinin müavini seçilmişdi və son vaxtlara qədər radikal hərəkatda “ikinci şəxs” sayılırdı. İsrailin baş naziri Benyamin Netanyahu hələ oktyabrın 7-də Həmas ilə İsrail arasında münaqişə qızışmazdan əvvəl onu ölümlə hədələmişdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/02/460169835_171:0:2902:2048_1920x0_80_0_0_72b3fa0b9816b33b00571aa3a03a991b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
israil, həmas
Həmas İsraillə danışıqları dondurub -KİV
12:41 03.01.2024 (Yenilənib: 12:51 03.01.2024) HƏMAS Siyasi Bürosunun rəhbəri Beyrutda hərəkatın liderlərindən birinin öldürülməsini terror aktı adlandırıb.
BAKI, 3 yanvar - Sputnik. Fələstinin Həmas hərəkatı Beyrut ətrafında qruplaşmanın liderlərindən olan Saleh əl-Arurinin öldürülməsindən sonra Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı İsraillə danışıqların dondurulduğunu elan edib.
Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
HƏMAS Siyasi Bürosunun rəhbəri Beyrutda hərəkatın liderlərindən birinin öldürülməsini terror aktı adlandırıb.
Telekanalın qeyd edib ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə hücumu “terror aktı” kimi qiymətləndirərək, bunu Livanın suverenliyinin pozulması və İsrailin fələstinlilərə qarşı düşmənçiliyinin artması adlandırıb.
Bundan əvvəl HƏMAS İsrailin pilotsuz təyyarəsinin Dahiyaya hücumu nəticəsində əl-Arurinin öldüyünü rəsmən təsdiqləyib. Əl-Aruri ilə yanaşı, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadasının iki komandiri də öldürülüb.
Əl-Arurini HƏMAS-ın silahlı qanadının qurucularından biri adlandırırlar. 2017-ci ildə Əl-Aruri HƏMAS siyasi bürosu rəhbərinin müavini seçilmişdi və son vaxtlara qədər radikal hərəkatda “ikinci şəxs” sayılırdı. İsrailin baş naziri Benyamin Netanyahu hələ oktyabrın 7-də Həmas ilə İsrail arasında münaqişə qızışmazdan əvvəl onu ölümlə hədələmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.