https://sputnik.az/20240103/ekzoplanetlerde-suyun-ve-heyatin-movcudlugunun-elametleri-mueyyen-edilib-461704220.html
Ekzoplanetlərdə suyun və həyatın mövcudluğunun əlamətləri müəyyən edilib
Ekzoplanetlərdə suyun və həyatın mövcudluğunun əlamətləri müəyyən edilib
Sputnik Azərbaycan
Əgər Yerə bənzər bir planetin atmosferində eyni sistemdəki digər planetlərlə müqayisədə əhəmiyyətli dərəcədə az karbon qazı varsa, bu, həmin planetin səthində... 03.01.2024, Sputnik Azərbaycan
2024-01-03T23:44+0400
2024-01-03T23:44+0400
2024-01-03T23:44+0400
planet
dünya xəbərləri
nasa
günəş
teleskop
karbondioksid
https://cdnn1.img.sputnik.az/img/07e6/02/09/438971835_0:321:3071:2048_1920x0_80_0_0_9ea4c0f5768ea4b92e8da7545d8f0e00.jpg
BAKI, 3 yanvar — Sputnik. Beynəlxalq astronomlar qrupu ekzoplanetdə maye suyun varlığını müəyyən etmək üçün istifadə oluna bilən əlamətləri müəyyən edib. Araşdırmanın nəticələri "Nature Astronomy" jurnalında dərc olunub. Alimlər fərz edirlər ki, əgər Yerə bənzər bir planetin atmosferində eyni sistemdəki digər planetlərlə müqayisədə əhəmiyyətli dərəcədə az karbon qazı varsa, bu, həmin planetin səthində maye suyun olmasının əlaməti ola bilər.Məsələn, Günəş sistemində Yerin atmosferində Venera və Marsın atmosferləri ilə müqayisədə daha az karbon qazı var. Bu, qaz qatının tərkibindən su dövranı sayəsində daha çox karbon qazının xaric olunması ilə bağlıdır. Yüz milyonlarla il ərzində Yer okeanları, demək olar ki, bu gün Veneranın atmosferində qalanlara bərabər olan böyük miqdarda karbon qazını udublar. Planet miqyasında bu təsir Yerin canlı orqanizmlərin mövcudluğu üçün əlverişli olmasına səbəb olub. Bundan əlavə, müəlliflər qeyd ediblər ki, planetin mümkün yaşayışının başqa bir əlaməti ozonun olmasıdır. Yer kürəsində bitkilər karbon qazını udur və oksigeni buraxırlar ki, bu da stratosferdə fotokimyəvi reaksiyaya girərək ozona çevrilir. Ekzoplanetləri müşahidə edərkən ozonu aşkar etmək oksigenin özündən daha asandır. Komanda təxmin edir ki, NASA-nın Ceyms Uebb adında kosmik teleskopu Yerdən 40 işıq ili uzaqlıqdakı yeddi planetdən ibarət olan TRAPPIST-1 kimi çoxplanetli sistemlərdə karbon qazını və orda ola biləcək ozonu ölçə biləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/09/438971835_0:0:2731:2048_1920x0_80_0_0_6a36d6518b8be9f2c84bc93b4f4b15ce.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
planet, nasa, günəş, teleskop, karbondioksid
planet, nasa, günəş, teleskop, karbondioksid
Ekzoplanetlərdə suyun və həyatın mövcudluğunun əlamətləri müəyyən edilib
Əgər Yerə bənzər bir planetin atmosferində eyni sistemdəki digər planetlərlə müqayisədə əhəmiyyətli dərəcədə az karbon qazı varsa, bu, həmin planetin səthində maye suyun olmasının əlaməti ola bilər.
BAKI, 3 yanvar — Sputnik. Beynəlxalq astronomlar qrupu ekzoplanetdə maye suyun varlığını müəyyən etmək üçün istifadə oluna bilən əlamətləri müəyyən edib.
Araşdırmanın nəticələri "Nature Astronomy" jurnalında dərc olunub.
Alimlər fərz edirlər ki, əgər Yerə bənzər bir planetin atmosferində eyni sistemdəki digər planetlərlə müqayisədə əhəmiyyətli dərəcədə az karbon qazı varsa, bu, həmin planetin səthində maye suyun olmasının əlaməti ola bilər.
Məsələn, Günəş sistemində Yerin atmosferində Venera və Marsın atmosferləri ilə müqayisədə daha az karbon qazı var. Bu, qaz qatının tərkibindən su dövranı sayəsində daha çox karbon qazının xaric olunması ilə bağlıdır.
Yüz milyonlarla il ərzində Yer okeanları, demək olar ki, bu gün Veneranın atmosferində qalanlara bərabər olan böyük miqdarda karbon qazını udublar. Planet miqyasında bu təsir Yerin canlı orqanizmlərin mövcudluğu üçün əlverişli olmasına səbəb olub.
Bundan əlavə, müəlliflər qeyd ediblər ki, planetin mümkün yaşayışının başqa bir əlaməti ozonun olmasıdır. Yer kürəsində bitkilər karbon qazını udur və oksigeni buraxırlar ki, bu da stratosferdə fotokimyəvi reaksiyaya girərək ozona çevrilir. Ekzoplanetləri müşahidə edərkən ozonu aşkar etmək oksigenin özündən daha asandır.
Komanda təxmin edir ki, NASA-nın Ceyms Uebb adında kosmik teleskopu Yerdən 40 işıq ili uzaqlıqdakı yeddi planetdən ibarət olan TRAPPIST-1 kimi çoxplanetli sistemlərdə karbon qazını və orda ola biləcək ozonu ölçə biləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.