https://sputnik.az/20240103/abs-gizli-sekilde-qeterle-razilasib---kv-461743546.html
ABŞ gizli şəkildə Qətərlə razılaşıb - KİV
ABŞ gizli şəkildə Qətərlə razılaşıb - KİV
Sputnik Azərbaycan
Qətərin paytaxtı Dohanın cənub-qərbində səhrada yerləşən Əl Udeid aviabazası ABŞ-ın Yaxın Şərqdə 10 mindən çox əsgəri yerləşdirə bilən ən böyük hərbi obyekti... 03.01.2024, Sputnik Azərbaycan
2024-01-03T21:17+0400
2024-01-03T21:17+0400
2024-01-03T21:17+0400
qətər
dünya xəbərləri
abş
https://cdnn1.img.sputnik.az/img/07e8/01/03/461743382_0:0:3072:1728_1920x0_80_0_0_13713c6acd5a433655771038e02f3851.jpg
BAKI, 3 yanvar - Sputnik. ABŞ Qətərlə Yaxın Şərqdəki ən böyük hərbi hava bazası olan Əl Udeid-in fəaliyyəti ilə bağlı müqaviləni gizli şəkildə daha 10 il uzadıb. Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb. Müvafiq məlumatı telekanala Pentaqonun üç nümayəndəsi və adı açıqlanmayan bir məlumatlı məmur təsdiqləyib. Qeyd olunur ki, Qətərin paytaxtı Dohanın cənub-qərbində səhrada yerləşən Əl Udeid aviabazası ABŞ-ın Yaxın Şərqdə 10 mindən çox əsgəri yerləşdirə bilən ən böyük hərbi obyekti hesab olunur. O, həmçinin Qətər və Britaniya hərbi hava qüvvələri kontingentini qəbul edir. CNN qeyd edib ki, bir ay əvvəl bu bazaya səfəri zamanı ABŞ-ın müdafiə naziri Lloyd Austin müqavilənin uzadılmasından bəhs etməyib. ABŞ prezidenti Co Baydenin administrasiyası da bunu ictimaiyyətə açıqlamayıb. Telekanal qeyd edib ki, saziş İraq, Suriya və Yəməndə İranın dəstəklədiyi silahlı qrupların artan təhdidləri fonunda ABŞ-ın bölgədəki mövcudluğunun gücləndirilməsi kontekstində uzadılıb. 2023-cü ilin dekabrın 26-da ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İraq və Suriyada koalisiya qüvvələrinə qarşı hücumlara cavab olaraq İraqdakı şiə qruplaşması “Kətaib Hizbullah”a zərbələr endirdiyini açıqlayıb. Zərbələr nəticəsində “Kətaib Hizbullah”ın bir neçə obyekti dağıdılıb, qruplaşmanın bir neçə silahlısı öldürülüb. Pentaqonun məlumatına görə, 2023-cü ilin oktyabrın 17-dən bəri Suriya və İraqdakı ABŞ əsgərləri 66 dəfə hücuma məruz qalıb. Təxminən 900 amerikalı əsgər Suriya ərazisində, 2,5 min nəfər isə İraqda yerləşdirilib. Daha əvvəl Livanın şiə Hizbullah partiyasının baş katibinin müavini Naim Kasem demişdi ki, ABŞ-ın Suriya və İraqdakı bazalarına hücumlar İsrailin Qəzza zolağında təcavüzünün dayandırılması üçün son dərəcə vacibdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/03/461743382_14:0:2745:2048_1920x0_80_0_0_f86d2091dbe0e1f0cac0ef07b5390616.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qətər, abş
ABŞ gizli şəkildə Qətərlə razılaşıb - KİV
Qətərin paytaxtı Dohanın cənub-qərbində səhrada yerləşən Əl Udeid aviabazası ABŞ-ın Yaxın Şərqdə 10 mindən çox əsgəri yerləşdirə bilən ən böyük hərbi obyekti hesab olunur.
BAKI, 3 yanvar - Sputnik. ABŞ Qətərlə Yaxın Şərqdəki ən böyük hərbi hava bazası olan Əl Udeid-in fəaliyyəti ilə bağlı müqaviləni gizli şəkildə daha 10 il uzadıb. Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Müvafiq məlumatı telekanala Pentaqonun üç nümayəndəsi və adı açıqlanmayan bir məlumatlı məmur təsdiqləyib. Qeyd olunur ki, Qətərin paytaxtı Dohanın cənub-qərbində səhrada yerləşən Əl Udeid aviabazası ABŞ-ın Yaxın Şərqdə 10 mindən çox əsgəri yerləşdirə bilən ən böyük hərbi obyekti hesab olunur. O, həmçinin Qətər və Britaniya hərbi hava qüvvələri kontingentini qəbul edir.
CNN qeyd edib ki, bir ay əvvəl bu bazaya səfəri zamanı ABŞ-ın müdafiə naziri Lloyd Austin müqavilənin uzadılmasından bəhs etməyib. ABŞ prezidenti Co Baydenin administrasiyası da bunu ictimaiyyətə açıqlamayıb. Telekanal qeyd edib ki, saziş İraq, Suriya və Yəməndə İranın dəstəklədiyi silahlı qrupların artan təhdidləri fonunda ABŞ-ın bölgədəki mövcudluğunun gücləndirilməsi kontekstində uzadılıb.
2023-cü ilin dekabrın 26-da ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İraq və Suriyada koalisiya qüvvələrinə qarşı hücumlara cavab olaraq İraqdakı şiə qruplaşması “Kətaib Hizbullah”a zərbələr endirdiyini açıqlayıb. Zərbələr nəticəsində “Kətaib Hizbullah”ın bir neçə obyekti dağıdılıb, qruplaşmanın bir neçə silahlısı öldürülüb.
Pentaqonun məlumatına görə, 2023-cü ilin oktyabrın 17-dən bəri Suriya və İraqdakı ABŞ əsgərləri 66 dəfə hücuma məruz qalıb. Təxminən 900 amerikalı əsgər Suriya ərazisində, 2,5 min nəfər isə İraqda yerləşdirilib.
Daha əvvəl Livanın şiə Hizbullah partiyasının baş katibinin müavini Naim Kasem demişdi ki, ABŞ-ın Suriya və İraqdakı bazalarına hücumlar İsrailin Qəzza zolağında təcavüzünün dayandırılması üçün son dərəcə vacibdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.