DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Nyu-Yorkda silsilə partlayışlar baş verib

© AFP 2024 / KENA BETANCURNyu-Yorkda yanğınsöndürənlər, arxiv şəkli
Nyu-Yorkda yanğınsöndürənlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.01.2024
Abunə olmaq
Ruzvelt adasının sakinlərinin üç partlayışa bənzər səsdən və binaların silkələnməsindən şikayətləndiyi iddia edilib.
BAKI, 2 yanvar - Sputnik. Nyu York Polis Departamenti Ruzvelt adasında əvvəllər eşidildiyi iddia edilən partlayışlarla bağlı xəbərləri yoxlayarkən terror təhlükəsi müəyyən etməyib.
Əvvəllər hadisə yerinə gələn yanğınsöndürənlər şübhəli heç nə aşkar etməyiblər, hazırda elektrik mütəxəssisləri vəziyyəti araşdırır.
Ada Manhettenin şərqində, Nyu-Yorkdan keçən Şərq çayında yerləşir. Bundan əvvəl Ruzvelt adasının sakinlərinin üç partlayışa bənzər səsdən və binaların silkələnməsindən şikayətləndiyi iddia edilib.
RİA Novosti-nin terror təhlükəsinin olub-olmaması ilə bağlı sualını cavablandıran şəhər polis idarəsi “Xeyr” cavabının verib.
"Təxminən saat 5.45-də (Bakı vaxtı ilə 14.45) Meyn Strit (Main Street) və River Roadun kəsişməsində baş verən partlayışla bağlı 911-ə zəng daxil olub. Polis əməkdaşlarına məlumat verilib. Elektrik təchizatında lokal fasilələr yaranıb. Hazırda nə təhlükə, nə təhlükəli material, nə yanğın, nə elektrik naqillərinin yanması var” - polis əməkdaşı qeyd edib.
***
Nyu-Yorkda (ABŞ) silsilə partlayışlar baş verib.
Partlayışlar nəticəsində Manhettendə, Ruzvelt adasında və Kvinsdə binalar silkələnib, yeraltı təkanlar hiss edilib.
Hələlik xəsarət alanlar barədə xəbər yoxdur. Partlayışların səbəbi məlum deyil.
Xəbər lenti
0