DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyənin turizm cənnətini ötən il rekord sayda turist ziyarət edib

© AP Photo / Emrah GurelAntalyada insanlar
Antalyada insanlar - Sputnik Azərbaycan, 1920, 02.01.2024
Abunə olmaq
Antalyaya səfər edən əcnəbilər arasında Rusiya vətəndaşları üstünlük təşkil edib.
BAKI, 2 yanvar - Sputnik. Dünyanın ən məşhur turizm mərkəzlərindən olan Türkiyənin Antalya vilayətini ötən il 15 milyon 689 min 258 əcnəbi ziyarət edib.
Antalya Mədəniyyət və Turizm İdarəsinin məlumatına əsasən, bu rəqəm bütün dövrlər üçün ən yüksək göstəricidir.
Ötən il Antalyaya səfər edən əcnəbilər arasında Rusiya vətəndaşları üstünlük təşkil edib. İl ərzində 3 milyon 461 min 762 rusiyalı Antalyanı ziyarət edib. Bu siyahıda Rusiyadan sonra ikinci yer Polşaya məxsusdur. İl ərzində Antalyaya gələn Polşa vətəndaşlarının sayı 1 milyon 68 min 150 nəfər olub. Bu, əvvəlki illə müqayisədə 39,6 faiz çoxdur.
Antalyaya gələn turistlərin sayına görə bundan əvvəlki rekord göstərici 2019-cu ildə qeyd alınıb. Həmin dövrdə şəhəri ziyarət edən xarici turistlərin sayı 15 milyon 280 min 763 nəfər olub.
06.08.23, 22:21
Antalya Hava Limanında rekord nəticə qeydə alınıb
Türkiyənin Antalya Hava Limanı həm təyyarə, həm də sərnişin axını baxımından bütün zamanlarda rekord nəticə ilə öndə olub.
Ötən gün hava limanında 1190 təyyarə ilə 214 min 919 sərnişinə xidmət göstərilib.
Hazırda turizm fəaliyyətinin davam etdiyi Antalyada hava nəqliyyatında da sıxlıq müşahidə olunur.
Antalya valisi Ersin Yazıcı sosial media hesabında dünən hava limanında olan təyyarə və sərnişinlərin sayı barədə paylaşım edib.
Bu həftə hava limanında iki rekordun qeydə alındığını vurğulayan E.Yazıcı, 127-si daxili, 1063-ü beynəlxalq xətdə aid olmaqla 1190 təyyarənin endiyini və havaya qalxdığını bildirib.
Xəbər lenti
0