Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Qarabağın bərpası: 2024-cü ildə hansı işlər görüləcək?

Abunə olmaq
Azərbaycan 2026-cı ilə qədər 140 mindən çox keçmiş məcburi köçkünü regiona yerləşdirmək niyyətindədir. Regionun yenidən qurulması zamanı hansı tədbirlərin nəzərdə tutulduğu barədə daha ətraflı videomuzda izləyə bilərsiniz.
Ermənistanın işğalı dövründə Aərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə bir milyondan çox mina yerləşdirilib, buna görə də Qarabağın dirçəldilməsi minalardan təmizləmə prosesi ilə paralel olaraq həyata keçiriləcək.
Bunu politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında deyib.
Ekspert ölkə rəhbərliyinin məcburi köçkünlərin geri qaytarılması ilə bağlı qarşısına böyük hədəflər qoyduğunu vurğulayıb.
Politoloqun sözlərinə görə, insanların öz doğma torpaqlarına qayıtması üçün yaşayış binaları və inzibati binalar tikilir.
"Zəngəzur dəhlizinin açılması ilə Ermənistan böyük siyasi və iqtisadi dividendlər qazanacaq. Əgər o, kommunikasiyaların açılmasında maraqlı olsa, o zaman regionda davamlı təhlükəsizlik uzun illər təmin oluna bilər", - deyə Hüseynov fikrini yekunlaşdırıb.
Xəbər lenti
0