https://sputnik.az/20240101/bayramda-icilen-spirtli-ickiden-sonra-halsizligin-qarsisini-nece-almaq-olar--461671155.html
Bayramda içilən spirtli içkidən sonra halsızlığın qarşısını necə almaq olar?
Bayramda içilən spirtli içkidən sonra halsızlığın qarşısını necə almaq olar?
Sputnik Azərbaycan
İçkidən sonrakı başağrısı və halsızlığı asan yolla dəf etmək
2024-01-01T11:00+0400
2024-01-01T11:00+0400
2024-01-01T11:00+0400
həkim
elm
kartof
spirtli içkilər
spirtli içki
bayram
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0b/461224596_0:0:3072:1728_1920x0_80_0_0_648fa25b169d0870fe72211650b39854.jpg
BAKI, 1 yanvar — Sputnik. Şokolad və qoz-fındıq spirtli içki qəbul etdikdən sonra yaranan halsızlığı aradan qaldırmağa kömək edə bilər. Bunu həkim və teleaparıcı Aleksandr Myasnikov "Rossiya 1" kanalında yayımlanan "O samom qlavnom" verilişində deyib. Myasnikov izah edib ki, spirtli içki qəbul edərkən orqanizmdə maqnezium konsentrasiyası azalır. İtirilmiş mikroelementi bərpa etmək üçün tərkibində maqnezium yüksək olan qidaları yemək lazımdır. "Maqnezium qoz-fındıq və şokoladın tərkibindədir. Belə çıxır ki, səhər fındıqlı şokolad yeməliyik" - həkim qeyd edib. Teleaparıcı həmçinin bildirib ki, spirtli içki qəbul etdikdən sonra yaranan halsızlığın təsirindən tamamilə xilas olmaq mümkün deyil, ancaq fermentləşdirilmiş süd məhsullarının köməyi ilə simptomları yüngülləşdirmək mümkündür. "Bu və ya digər dərəcədə simptomları yüngülləşdirə bilərsiniz, ancaq yenə əziyyət çəkəcəksiniz, spirtli içki istənilən halda sağlamlığınıza ziyan vuracaq" - Myasnikov qeyd edib. Həkim bu yaxınlarda Yeni il gecəsi sərxoşluq dərəcəsinin necə az olması üçün də məsləhət verib. Myasnikovun fikrincə, spirtli içkilərin qəbulu zamanı qaynadılmış kartof yemək lazımdır. O, həmçinin spirtli içki qəbul etməzdən əvvəl bir az bitki yağı içməyi də məsləhət görüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0b/461224596_15:0:2746:2048_1920x0_80_0_0_668850fd077f8513defab72c2957ab27.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
paxmel içki baş ağrısı halsızlıq
paxmel içki baş ağrısı halsızlıq
Bayramda içilən spirtli içkidən sonra halsızlığın qarşısını necə almaq olar?
Həkim və teleaparıcı bildirib ki, tərkibində maqnezium yüksək olan qidaları yemək lazımdır.
BAKI, 1 yanvar — Sputnik. Şokolad və qoz-fındıq spirtli içki qəbul etdikdən sonra yaranan halsızlığı aradan qaldırmağa kömək edə bilər.
Bunu həkim və teleaparıcı Aleksandr Myasnikov "Rossiya 1" kanalında yayımlanan "O samom qlavnom" verilişində deyib.
Myasnikov izah edib ki, spirtli içki qəbul edərkən orqanizmdə maqnezium konsentrasiyası azalır. İtirilmiş mikroelementi bərpa etmək üçün tərkibində maqnezium yüksək olan qidaları yemək lazımdır.
"Maqnezium qoz-fındıq və şokoladın tərkibindədir. Belə çıxır ki, səhər fındıqlı şokolad yeməliyik" - həkim qeyd edib.
Teleaparıcı həmçinin bildirib ki, spirtli içki qəbul etdikdən sonra yaranan halsızlığın təsirindən tamamilə xilas olmaq mümkün deyil, ancaq fermentləşdirilmiş süd məhsullarının köməyi ilə simptomları yüngülləşdirmək mümkündür.
"Bu və ya digər dərəcədə simptomları yüngülləşdirə bilərsiniz, ancaq yenə əziyyət çəkəcəksiniz, spirtli içki istənilən halda sağlamlığınıza ziyan vuracaq" - Myasnikov qeyd edib.
Həkim bu yaxınlarda Yeni il gecəsi sərxoşluq dərəcəsinin necə az olması üçün də məsləhət verib. Myasnikovun fikrincə, spirtli içkilərin qəbulu zamanı qaynadılmış kartof yemək lazımdır. O, həmçinin spirtli içki qəbul etməzdən əvvəl bir az bitki yağı içməyi də məsləhət görüb.