https://sputnik.az/20240101/argentinada-insanda-qorxunc-virus-askarlanib-eger-o-yayilsa-461671831.html
Argentinada insanda qorxunc virus aşkarlanıb: əgər o yayılsa...
Argentinada insanda qorxunc virus aşkarlanıb: əgər o yayılsa...
Sputnik Azərbaycan
Alimlər cari mövsümdə virusların üçqat epidemiyasını proqnozlaşdırıblar. 01.01.2024, Sputnik Azərbaycan
2024-01-01T15:12+0400
2024-01-01T15:12+0400
2024-01-01T15:12+0400
argentina
səhiyyə
at
virus
epidemiya
https://cdnn1.img.sputnik.az/img/42262/01/422620198_0:15:3037:1723_1920x0_80_0_0_68c7fff459f70f99b8cb3024d3d2179f.jpg
BAKI, 1 yanvar — Sputnik. Argentinanın Beynəlxalq Tibbi-Sanitariya Qaydalarının milli koordinatoru dekabrın 20-də Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) bir insanın Qərb at ensefaliti (WEE) ilə yoluxma hadisəsi barədə məlumat verib. Bu barədə Rusiya mediası təşkilatın saytına istinadən xəbər verib. ÜST-ün məlumatına görə, iyirmi ildən artıq ilk dəfədir ki, insanda bu infeksiya aşkar edilib. Bundan əvvəl, Qərb at ensefaliti Argentinada yalnız 1982-1983-cü illərdə (atlar arasında xəstəliyin baş verdiyi zaman) qeydə alınıb. İnsanda isə bu infeksiya sonuncu dəfə 1996-cı ildə aşkar edilib. Qərb at ensefaliti "Togaviridae" ailəsinin "Alphavirus" cinsinə aid olan eyniadlı virusun yaratdığı nadir xəstəlikdir. Bu xəstəliyin daşıyıcıları nadir ağcaqanadlardır. Ensefalit beyinə təsir göstərir. Bu xəstəliyə yoluxan şəxs Santa Fe əyalətindəndir. Həmin şəxs əvvəllər bu tip ensefalitə yoluxma hallarının aşkar edildiyi kənd ərazisində işləyir. Noyabrın 19-da xəstədə baş ağrısı, miyalgiya, başgicəllənmə, çaşqınlıq və qəfil qızdırma kimi simptomlar aşkar edilir. Ertəsi gün o, xəstəxanaya yerləşdirilir. Reanimasiyada xəstə süni nəfəs aparatına qoşulur. Xəstə dekabrın 20-də evə buraxılır. Alimlər cari mövsümdə virusların üçqat epidemiyasını proqnozlaşdırıblar. Argentinada noyabrın 25-dən dekabrın 27-dək Buenos-Ayres də daxil olmaqla ölkənin 12 əyalətində ümumilikdə 1182 atlarda ensefalit hadisəsi qeydə alınıb. Dekabr ayında "La Nación" qəzeti yazıb ki, Qərb at ensefalitinə ilk dəfə qoyun yoluxub. Hadisə Buenos-Ayres əyalətinin Baradero şəhərində müəyyən edilib. Bu xəstəliyə yoluxan dörd aylıq qoyunda əsəbi hal aşkar edilib. Heyvan o zaman yoluxmuş atlar olan tövlədə yaşayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42262/01/422620198_187:0:2918:2048_1920x0_80_0_0_3aea9ec98d2fb0f58a8b0ff32ac2f8a5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
argentina, at, virus, epidemiya
argentina, at, virus, epidemiya
Argentinada insanda qorxunc virus aşkarlanıb: əgər o yayılsa...
Alimlər cari mövsümdə virusların üçqat epidemiyasını proqnozlaşdırıblar.
BAKI, 1 yanvar — Sputnik. Argentinanın Beynəlxalq Tibbi-Sanitariya Qaydalarının milli koordinatoru dekabrın 20-də Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) bir insanın Qərb at ensefaliti (WEE) ilə yoluxma hadisəsi barədə məlumat verib.
Bu barədə Rusiya mediası təşkilatın saytına istinadən xəbər verib.
ÜST-ün məlumatına görə, iyirmi ildən artıq ilk dəfədir ki, insanda bu infeksiya aşkar edilib. Bundan əvvəl, Qərb at ensefaliti Argentinada yalnız 1982-1983-cü illərdə (atlar arasında xəstəliyin baş verdiyi zaman) qeydə alınıb. İnsanda isə bu infeksiya sonuncu dəfə 1996-cı ildə aşkar edilib.
Qərb at ensefaliti "Togaviridae" ailəsinin "Alphavirus" cinsinə aid olan eyniadlı virusun yaratdığı nadir xəstəlikdir. Bu xəstəliyin daşıyıcıları nadir ağcaqanadlardır. Ensefalit beyinə təsir göstərir.
Bu xəstəliyə yoluxan şəxs Santa Fe əyalətindəndir. Həmin şəxs əvvəllər bu tip ensefalitə yoluxma hallarının aşkar edildiyi kənd ərazisində işləyir. Noyabrın 19-da xəstədə baş ağrısı, miyalgiya, başgicəllənmə, çaşqınlıq və qəfil qızdırma kimi simptomlar aşkar edilir. Ertəsi gün o, xəstəxanaya yerləşdirilir. Reanimasiyada xəstə süni nəfəs aparatına qoşulur. Xəstə dekabrın 20-də evə buraxılır.
Alimlər cari mövsümdə virusların üçqat epidemiyasını proqnozlaşdırıblar.
Argentinada noyabrın 25-dən dekabrın 27-dək Buenos-Ayres də daxil olmaqla ölkənin 12 əyalətində ümumilikdə 1182 atlarda ensefalit hadisəsi qeydə alınıb.
Dekabr ayında "La Nación" qəzeti yazıb ki, Qərb at ensefalitinə ilk dəfə qoyun yoluxub. Hadisə Buenos-Ayres əyalətinin Baradero şəhərində müəyyən edilib. Bu xəstəliyə yoluxan dörd aylıq qoyunda əsəbi hal aşkar edilib. Heyvan o zaman yoluxmuş atlar olan tövlədə yaşayıb.