Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Yeni cərimələr gəlir

© Sputnik / Rahim MuradovVətəndaşa cərimə yazılır, arxiv şəkli
Vətəndaşa cərimə yazılır, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.12.2023
Abunə olmaq
Sərnişin və yükdaşıma sahəsində hazırlıq keçməyən sürücülərlə müqavilə bağlayanlar cərimələnəcək.
BAKI, 31 dekabr - Sputnik. Sabahdan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması sahəsində xüsusi hazırlıqdan keçməmiş avtonəqliyyat vasitələrinin sürücüləri ilə əmək müqavilələrinin bağlanmasına görə yeni cərimə müəyyənləşib.
Bu, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması sahəsində hazırlıq və xüsusi hazırlıq keçməmiş avtonəqliyyat vasitələrinin sürücüləri ilə əmək müqavilələrinin bağlanmasına görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər iki min manat miqdarında cərimə ediləcək.
Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə ediləcək.
Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Xəbər lenti
0