CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlin son günündə hava belə olacaq - Proqnoz

© Sputnik / Murad OrujovQış parkı, arxiv
Qış parkı, arxiv - Sputnik Azərbaycan, 1920, 31.12.2023
Abunə olmaq
Azərbaycanın rayonlarında dekabrın 31-də havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
BAKI, 31 dekabr — Sputnik. Dekabrın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu 11-16° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60% olacaq.
Azərbaycanın rayonlarında dekabrın 31-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu 10-15°, dağlarda 0-5° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0