CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dekabrın 31-də hansı əlamətdar hadisələr baş verib

© Sputnik / Elnur Salayev31 dekabr
31 dekabr - Sputnik Azərbaycan, 1920, 31.12.2023
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 31 dekabr — Sputnik. Dekabrın 31-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəlib. Bu gün də tarixə düşən müəyyən hadisələr baş verib.
Dekabrın 31-də kimlər anadan olub?
Yusif Məmmədəliyev (1905-1961) - Azərbaycan kimyaçısı, kimya elmləri doktoru, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Respublika Elmlər Akademiyasının prezidentidir (1947-1950; 1958-1961).
Covanni Boldini (1842-1931) - italyan rəssamı, rəssam-portret ustasıdır.
Entoni Hopkins (1937) – britaniyalı aktyor, rejissor və prodüserdir. O, daha çox "Quzuların səssizliyi", "Hannibal" və "Qırmızı Əjdaha" filmləri ilə tanınır.
© AP Photo / Alexandre MeneghiniEntoni Hopkins, arxiv
Энтони Хопкинс - Sputnik Azərbaycan, 1920, 30.12.2023
Entoni Hopkins, arxiv
Dekabrın 31-də dünyada baş verən tarixi hadisələr
1898-ci ildə Moskva-Sankt-Peterburq telefon xətti Rusiya imperiyasının iki paytaxtını birləşdirib. O dövrdə uzunluğu 660 km olan xətt Avropada ən uzun rabitə xətti olub.
1999-cu ildə Boris Yeltsin Rusiya Federasiyasının prezidenti vəzifəsindən istefa verib. Rusiya Prezidenti Vladimir Putin prezident səlahiyyətlərini icra edən təyin edilib.
1992-ci il dekabrın 31-dən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0