https://sputnik.az/20231230/masin-yuyan-tehsili-olmayan-adamlari-azerbaycana-qarsi-danisdirirlar---siyavus-novruzov-461686987.html
Maşın yuyan, təhsili olmayan adamları Azərbaycana qarşı danışdırırlar - Siyavuş Novruzov
Maşın yuyan, təhsili olmayan adamları Azərbaycana qarşı danışdırırlar - Siyavuş Novruzov
Sputnik Azərbaycan
Siyavuş Novruzov qeyd edib ki, bu gün ən böyük terror mənəvi terrordur. AŞPA-da, Avropa parlamentində Azərbaycana qarşı mənəvi terror edirlər. 30.12.2023, Sputnik Azərbaycan
2023-12-30T12:25+0400
2023-12-30T12:25+0400
2023-12-30T12:29+0400
cəmiyyət
siyavuş novruzov
azərbaycan
terror
dövlət təhlükəsizlik xidməti
konvensiya
https://cdnn1.img.sputnik.az/img/40387/91/403879135_0:0:1800:1014_1920x0_80_0_0_289aed8644a691ebc4d697584eb8001b.jpg
BAKI, 30 dekabr - Sputnik. "Dəfələrlə Azərbaycana qarşı terror aktları törədilib. Misal olaraq, Zori Balayan Xocalı soyqırımı ilə əlaqədar uşaqları necə yandırdığını, borulara necə doldurduğunu öz kitabında yazıb. Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.Deputat bildirib ki, biz də azərbaycanlılara qarşı özləri etiraf etdiyi cinayətləri Avropa Məhkəməsinə təqdim etməliyik:"Bunu biz demirik, özləri etiraf edir. Deyir türklərə qarşı nifrətim var, onlara qarşı bu əməlləri törətmişəm”.S.Novruzov qeyd edib ki, bu gün ən böyük terror mənəvi terrordur:"Milli Məclisdə oturan deputatlar, biz heç kimin daxili işlərinə qarışmırıq. Biz də tələb etməliyik ki, siz də bizim daxili işimizə qarışmayın. Bizə qarşı olan ədalətsiz hücumların qarşısı alınmalıdır”,- deyə o əlavə edib.Qeyd edək ki, bu gün Milli Məclisin iclasında “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.Sənədə əsasən, Azərbaycan terrorçuluq məqsədilə ölkə xaricinə səfər edən şəxslər haqqında məlumatların mübadiləsi üçün sutkada 24 saat, həftədə 7 gün ərzində fəaliyyət göstərən əlaqə məntəqəsi qismində Dövlət Təhlükəsizliyi Xidmətini təyin edir.Bu Əlavə Protokolun müddəaları nəticələri tamamilə aradan qaldırılana və Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40387/91/403879135_200:0:1800:1200_1920x0_80_0_0_961af86d8f86081bfaa88c267d6568e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
siyavuş novruzov, azərbaycan, terror, dövlət təhlükəsizlik xidməti, konvensiya
siyavuş novruzov, azərbaycan, terror, dövlət təhlükəsizlik xidməti, konvensiya
Maşın yuyan, təhsili olmayan adamları Azərbaycana qarşı danışdırırlar - Siyavuş Novruzov
12:25 30.12.2023 (Yenilənib: 12:29 30.12.2023) Siyavuş Novruzov qeyd edib ki, bu gün ən böyük terror mənəvi terrordur. AŞPA-da, Avropa parlamentində Azərbaycana qarşı mənəvi terror edirlər.
BAKI, 30 dekabr - Sputnik. "Dəfələrlə Azərbaycana qarşı terror aktları törədilib. Misal olaraq, Zori Balayan Xocalı soyqırımı ilə əlaqədar uşaqları necə yandırdığını, borulara necə doldurduğunu öz kitabında yazıb. Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, biz də azərbaycanlılara qarşı özləri etiraf etdiyi cinayətləri Avropa Məhkəməsinə təqdim etməliyik:
"Bunu biz demirik, özləri etiraf edir. Deyir türklərə qarşı nifrətim var, onlara qarşı bu əməlləri törətmişəm”.
S.Novruzov qeyd edib ki, bu gün ən böyük terror mənəvi terrordur:
“AŞPA-da, Avropa parlamentində Azərbaycana qarşı mənəvi terror edirlər. Azərbaycanda maşın yuyan, təhsili olmayan adamları Azərbaycana qarşı danışdırırlar. Bizim deputatlara orada hücum çəkirlər. Söyüş söyürlər, insanların ailəsini təhqir edirlər, Milli Məclisdə oturan bütün deputatları təhqir ediblər. Biz indi “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”u təsdiq edirik, amma qarşılığında vəsatət qaldıraq ki, adekvat cavab versinlər".
"Milli Məclisdə oturan deputatlar, biz heç kimin daxili işlərinə qarışmırıq. Biz də tələb etməliyik ki, siz də bizim daxili işimizə qarışmayın. Bizə qarşı olan ədalətsiz hücumların qarşısı alınmalıdır”,- deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Milli Məclisin iclasında “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Sənədə əsasən, Azərbaycan terrorçuluq məqsədilə ölkə xaricinə səfər edən şəxslər haqqında məlumatların mübadiləsi üçün sutkada 24 saat, həftədə 7 gün ərzində fəaliyyət göstərən əlaqə məntəqəsi qismində Dövlət Təhlükəsizliyi Xidmətini təyin edir.
Bu Əlavə Protokolun müddəaları nəticələri tamamilə aradan qaldırılana və Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.