https://sputnik.az/20231230/heyet-ve-texnikanin-hereketine-dair-melumatlar-yayan-herbciler-ucun-ceza-mueyyenlesir-461688656.html
Heyət və texnikanın hərəkətinə dair məlumatlar yayanlar həbs olunacaq
Heyət və texnikanın hərəkətinə dair məlumatlar yayanlar həbs olunacaq
Sputnik Azərbaycan
Milli Məclisin bu gün keçirilən iclaslında İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni maddə müzakirə edilib. 30.12.2023, Sputnik Azərbaycan
2023-12-30T12:43+0400
2023-12-30T12:43+0400
2023-12-30T12:44+0400
hərbi
hərbi texnika
hərəkət
silahlı qüvvələr
həbs
milli məclis
https://cdnn1.img.sputnik.az/img/40460/55/404605539_0:155:2000:1280_1920x0_80_0_0_33b5bf82f0db9504f4faffa2641ff4c1.jpg
BAKI, 30 dekabr - Sputnik. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayan hərbi qulluqçular üçün inzibati cəza müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclaslında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni 614-1 maddəsində əksini tapıb.Layihəyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində hərbi qulluqçular və ya toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən yayılmasına görə - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.Yuxarıda göstərilən əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına yuxarıdakı maddənin qüvvəsi şamil edilmir. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40460/55/404605539_65:0:1772:1280_1920x0_80_0_0_b72e1bde9fd9979562a2933df4f80552.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
hərbi texnika, hərəkət, silahlı qüvvələr, həbs, milli məclis
hərbi texnika, hərəkət, silahlı qüvvələr, həbs, milli məclis
Heyət və texnikanın hərəkətinə dair məlumatlar yayanlar həbs olunacaq
12:43 30.12.2023 (Yenilənib: 12:44 30.12.2023) Milli Məclisin bu gün keçirilən iclaslında İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni maddə müzakirə edilib.
BAKI, 30 dekabr - Sputnik. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayan hərbi qulluqçular üçün inzibati cəza müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclaslında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni 614-1 maddəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində hərbi qulluqçular və ya toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən yayılmasına görə - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Yuxarıda göstərilən əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına yuxarıdakı maddənin qüvvəsi şamil edilmir. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.