https://sputnik.az/20231230/dekabrin-30-da-hansi-elametdar-hadiseler-bas-verib-461679206.html
Dekabrın 30-da hansı əlamətdar hadisələr baş verib
Dekabrın 30-da hansı əlamətdar hadisələr baş verib
Sputnik Azərbaycan
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun. 30.12.2023, Sputnik Azərbaycan
2023-12-30T13:14+0400
2023-12-30T13:14+0400
2023-12-30T13:14+0400
dekabr
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/01/461009544_42:0:1158:628_1920x0_80_0_0_b6221ca926b97f34ff16a27cd868de20.jpg
BAKI, 30 dekabr — Sputnik. Dekabrın 30-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəlib. Bu gün də tarixə düşən müəyyən hadisələr baş verib. Dekabrın 30-da kimlər anadan olub? Dekabrın 30-da dünyada baş verən tarixi hadisələr 1903-cü ildə Çikaqoda "İrokez" Teatrında ən böyük yanğın baş verib. Bu yanğında 600-dən çox insan həlak olub, 250 nəfər isə yaralanıb. 1922-ci ildə Sovetlərin I Ümumittifaq qurultayı Sovet Sosialist Respublikaları İttifaqının yaradılması haqqında bəyannamə və sazişi təsdiq edib. SSRİ-də 4 respublika birləşib: Rusiya SFSR, Ukrayna SSR, Belarus SSR və Zaqafqaziya SFSR. 1989-cu ildə Gəncə şəhərinə tarixi ad qaytarılır. 1804-1918-ci illərdə Rusiya imperiyasının tərkibində olan şəhər Yelizavetpol adlandırılır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti şəhərə əvvəlki adını qaytarır, 1935-ci ildə SSRİ dövründə Gəncə Kirovabad adlandırılır. 1995-ci ildə Rusiya Prezidenti Boris Yeltsinin fərmanı ilə Rusiya Federasiyasının fəxri adları təsdiq edilib. 2007-ci ildə Bakının Bayıl qəsəbəsində Azərbaycan Dövlət Bayrağı Meydanının təməli qoyulub. 2011-ci ildə Bakı Metropoliteninin "Koroğlu" stansiyası yenidənqurmadan sonra istifadəyə verilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/01/461009544_182:0:1019:628_1920x0_80_0_0_ee643892f47a7506e07ff12b6a8bd7d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
dekabr
Dekabrın 30-da hansı əlamətdar hadisələr baş verib
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 30 dekabr — Sputnik. Dekabrın 30-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəlib. Bu gün də tarixə düşən müəyyən hadisələr baş verib.
Dekabrın 30-da kimlər anadan olub?
Əbülfət Əliyev (1926-1990) - xanəndə, müğənni, Azərbaycan SSR xalq artistidir.
Emin Əmrullayev (1982) – 27 iyul 2020-ci ildən Azərbaycan Respublikasının elm və təhsil naziridir.
Rudyard Kipling (1865-1936) - İngilis yazıçısı, şairi, jurnalisti və səyyahı. Kiplinqin fantastik əsərləri - "Cəngəllik kitabı", "Kim", eləcə də bir çox hekayələri var.
Ato Boldon (1973) Trinidad və Tobaqodan olan sprinter, 100 və 200 metr məsafələrə qaçışda dördqat Olimpiya mükafatçısıdır. 1997-ci ildə 200 metr məsafəyə dünya çempionu.
Robert Hosseinoff (1927-2020) (doğulmuş Abraham Hosseinoff) - Fransız teatr və kino aktyoru, rejissor, prodüser. Valideynləri Rusiyadandır. Milliyyətcə azərbaycanlı olan atası Səmərqənddə yaşayıb və 1922-ci ildə Almaniyaya köçüb.
Dekabrın 30-da dünyada baş verən tarixi hadisələr
1903-cü ildə Çikaqoda "İrokez" Teatrında ən böyük yanğın baş verib. Bu yanğında 600-dən çox insan həlak olub, 250 nəfər isə yaralanıb.
1922-ci ildə Sovetlərin I Ümumittifaq qurultayı Sovet Sosialist Respublikaları İttifaqının yaradılması haqqında bəyannamə və sazişi təsdiq edib. SSRİ-də 4 respublika birləşib: Rusiya SFSR, Ukrayna SSR, Belarus SSR və Zaqafqaziya SFSR.
1989-cu ildə Gəncə şəhərinə tarixi ad qaytarılır. 1804-1918-ci illərdə Rusiya imperiyasının tərkibində olan şəhər Yelizavetpol adlandırılır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti şəhərə əvvəlki adını qaytarır, 1935-ci ildə SSRİ dövründə Gəncə Kirovabad adlandırılır.
1995-ci ildə Rusiya Prezidenti Boris Yeltsinin fərmanı ilə Rusiya Federasiyasının fəxri adları təsdiq edilib.
2007-ci ildə Bakının Bayıl qəsəbəsində Azərbaycan Dövlət Bayrağı Meydanının təməli qoyulub.
2011-ci ildə Bakı Metropoliteninin "Koroğlu" stansiyası yenidənqurmadan sonra istifadəyə verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.