https://sputnik.az/20231230/baki-metrosunda-yeni-il-ab-havasi-461687156.html
Bakı metrosunda Yeni il ab-havası
Bakı metrosunda Yeni il ab-havası
Sputnik Azərbaycan
Yanvarın 5-dək qatarların hərəkət etmədiyi stansiya yolunda nümayiş olunacaq. 30.12.2023, Sputnik Azərbaycan
2023-12-30T14:06+0400
2023-12-30T14:06+0400
2023-12-30T14:06+0400
foto
bakı metropoliteni
"içərişəhər" stansiyası
yeni il
dünya azərbaycanlılarının həmrəylik günü və yeni il
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1e/461682784_0:107:2048:1259_1920x0_80_0_0_6e7f0f29a80e1167debb90d38609d128.jpg
BAKI, 30 dekabr - Sputnik. “İçərişəhər” stansiyasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ən şox diqqətçəkən bayram hədiyyəsinin - retro vaqonların nümayişinə başlanılıb.Yanvarın 5-dək bayram ab-havasında bəzədilmiş bu vaqonlar qatarların hərəkət etmədiyi ikinci stansiya yolunda nümayiş olunacaq. Hər kəs qatarla tanış ola, burada xatirə şəkilləri çəkdirə və xəyalən keşmişə səyahət edə bilər.Bundan əlavə, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “İçərişəhər” stansiyasının vestibülündə paytaxt sakinləri, şəhərimizin qonaqları və azyaşlı sərnişinlərə unudulmaz anlar yaşadacaq bayram şousu təşkil edib.İki gün davam edəcək bu sosial layihə çərçivəsində Yeni ilin əsas qəhrəmanları Şaxta baba və Qar qız sərnişinlərin görüşünə gəliblər. Şaxta baba dadlı-duzlu söhbətləri, sualları, tapmacaları ilə tədbiri şənləndirib. Musiqili improvizasiya fonunda sirk ustalarının canlandırdığı cizgi film personajları və nəhəng oyuncaq tədbirə gəlmiş uşaqlara əyləncəli anlar yaşadıblar. Sehrbazın məharəti isə azyaşlı sərnişinlərin ovqatını daha da yüksəldib.İki saatdan artıq davam edən əyləncəli tədbirdə metropoliten əməkdaşları uşaqlara yeni il hədiyyələri təqdim ediblər.Günün qəhrəmanları uşaqların müşayiəti ilə stansiyanın platformasına enərək burada, daha sonra retro vaqonlardan ibarət qatarda sərnişinlərə bayram təbriklərini çatdırıb, xatirə şəkilləri çəkdiriblər.Bayram şousu dekabrın 30-da davam edəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1e/461682784_114:0:1934:1365_1920x0_80_0_0_428e15100b66ce147688f3c683945623.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
фото, bakı metropoliteni, "içərişəhər" stansiyası, yeni il, dünya azərbaycanlılarının həmrəylik günü və yeni il
фото, bakı metropoliteni, "içərişəhər" stansiyası, yeni il, dünya azərbaycanlılarının həmrəylik günü və yeni il
Bakı metrosunda Yeni il ab-havası
Yanvarın 5-dək qatarların hərəkət etmədiyi stansiya yolunda nümayiş olunacaq.
BAKI, 30 dekabr - Sputnik. “İçərişəhər” stansiyasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ən şox diqqətçəkən bayram hədiyyəsinin - retro vaqonların nümayişinə başlanılıb.
Yanvarın 5-dək bayram ab-havasında bəzədilmiş bu vaqonlar qatarların hərəkət etmədiyi ikinci stansiya yolunda nümayiş olunacaq. Hər kəs qatarla tanış ola, burada xatirə şəkilləri çəkdirə və xəyalən keşmişə səyahət edə bilər.
"Ən vacibi, izləyicilər bu vaqonlarda müxtəlif tarixi dövrlərdə Sovet və sosialist ölkələrinin metropolitenləri üçün istehsal olunmuş vaqonların keçdiyi tarixi inkişaf yoluna da müqayisəli nəzər sala bilərlər", - deyə metropolitenin məlumatında bildirilir. Qatarlar olan sahəyə giriş hər gün saat 10:00-dan axşam saat 22:00-a qədər açıq olacaq.
Şaxta baba və Qar qız Bakı metrosunda.
Bakı metrosunda Yeni il qatarı.
Sərnişinlər “İçərişəhər” stansiyasında “Şaxta baba Şaxtacan, hardasan bu vaxtacan” adlı sərgi ilə tanış olurlar.
“İçərişəhər” stansiyasında retro vaqonların nümayişi.
“İçərişəhər” stansiyasında retro vaqonların nümayişi.
Azyaşlı sərnişin retro-vaqonun yanında foto çəkdirir.
Şaxta baba və Qar qız Bakı metrosunda.
Bəhram Bağırzadə Bakı metorusnda azyaşlı sərnişinlərlə görüşüb.
Uşaqlar Bakı metrosunda Şaxta baba və Qar qızla foto çəkdirirlər.
Bakı metrosunda retro vaqonların nümayişi.
Bakı metrosunda retro vaqonların nümayişi.
Bakı metrosunda Yeni il yolkası.
Bundan əlavə, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “İçərişəhər” stansiyasının vestibülündə paytaxt sakinləri, şəhərimizin qonaqları və azyaşlı sərnişinlərə unudulmaz anlar yaşadacaq bayram şousu təşkil edib.
İki gün davam edəcək bu sosial layihə çərçivəsində Yeni ilin əsas qəhrəmanları Şaxta baba və Qar qız sərnişinlərin görüşünə gəliblər. Şaxta baba dadlı-duzlu söhbətləri, sualları, tapmacaları ilə tədbiri şənləndirib. Musiqili improvizasiya fonunda sirk ustalarının canlandırdığı cizgi film personajları və nəhəng oyuncaq tədbirə gəlmiş uşaqlara əyləncəli anlar yaşadıblar. Sehrbazın məharəti isə azyaşlı sərnişinlərin ovqatını daha da yüksəldib.
İki saatdan artıq davam edən əyləncəli tədbirdə metropoliten əməkdaşları uşaqlara yeni il hədiyyələri təqdim ediblər.
Günün qəhrəmanları uşaqların müşayiəti ilə stansiyanın platformasına enərək burada, daha sonra retro vaqonlardan ibarət qatarda sərnişinlərə bayram təbriklərini çatdırıb, xatirə şəkilləri çəkdiriblər.
Bayram şousu dekabrın 30-da davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.