CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın dünyaya tanıdılması istiqamətində görüləsi işlərimiz çoxdur - Milli Məclis

© Sputnik / Murad OrujovMilli Məclis, arxiv
Milli Məclis, arxiv - Sputnik Azərbaycan, 1920, 30.12.2023
Abunə olmaq
Soydaşlarımızın bir vəzifəsi də yaşadıqları ölkəyə inteqrasiya etməklə yanaşı bir-birinə dəstək olmaqdır. Əziz azərbaycanlılar, Sizi birliyə çağırırıq”,- deyə müraciətdə vurğulanıb.Milli Məclis dünya azərbaycanlılarına müraciət edib
BAKI, 30 dekabr-Sputnik Milli Məclis 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət edib.
Bununla bağlı "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin müraciətinin təsdiq edilməsi haqqında" qərar layihəsi parlamentin payız sessiyasının sonuncu iclasında müzakirəyə çıxarılıb.
Müraciəti Milli Məclisin deputatı Nurlan Həsənov oxuyub. Daha sonra qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Müraciətdə deyilir:

“Azərbaycan xalqı dünyanın böyük millətləri ilə bir sırada dayanır. Bugünkü müstəqil Azərbaycan dövləti xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir. Odur ki, Asiyada, Avropada, Amerikada və digər yerlərdə məskən salmış vətəndaşlarımız yurdlarında baş. verənləri diqqətlə izləyir və fəxr edirlər. Qəhrəman silahlı qüvvələrimizin bu ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində suverenliyinin bərpa edilməsi hər bir azərbaycanlını sevindirir. Azərbaycan respublikasının hüdudlarından kənarda yaşayan soydaşlarımıza qayğı göstərilməsi dövlət siyasətimizin əsas istiqamətlərdən birini təşkil edir. Azərbaycanın bütün potensialının ortaya çıxararaq dünyaya tanıdılması istiqamətində görüləsi işlərimiz çoxdur. Soydaşlarımızın bir vəzifəsi də yaşadıqları ölkəyə inteqrasiya etməklə yanaşı bir-birinə dəstək olmaqdır. Əziz azərbaycanlılar, Sizi birliyə çağırırıq”.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0