CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ADY: "Bayram günlərində qatarlar hər gün Qəbələyə hərəkət edəcək"

© Official website of President of Azerbaijan RepublicStadler qatarı
Stadler qatarı - Sputnik Azərbaycan, 1920, 30.12.2023
Abunə olmaq
Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar 30-31 dekabr 2023-cü il, 01-06 yanvar 2024-cü il tarixlərində Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək.
BAKI, 30 dekabr — Sputnik. Artan sərnişin tələbatı nəzərə alınaraq "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə məxsus sürətli sərnişin qatarları bayram günlərində hər gün Qəbələ istiqamətində hərəkət edəcək.
ADY-nin verdiyi məlumata görə, qurum sərnişinlərin mənzilbaşına təhlükəsiz və rahat çatdırılması üçün xidmət keyfiyyətini vaxtaşırı təkmilləşdirir və vaqon parkını müasirləşdirir.
Belə ki, Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar 30-31 dekabr 2023-cü il, 01-06 yanvar 2024-cü il tarixlərində Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək.

"Həmçinin Qəbələ Dəmiryol Vağzalında yeni fəaliyyətə başlamış "coffeeshop" sərnişinlərin asudə vaxtlarının səmərəli təşkilinə imkan yaradır. Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və ya "ADY Mobile" tətbiqini yükləyə bilərsiniz", - deyə məlumatda deyilir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0