https://sputnik.az/20231229/xezer-denizinin-sahili-icareye-verilecek-461662077.html
Xəzər dənizinin sahili icarəyə veriləcək
Xəzər dənizinin sahili icarəyə veriləcək
Sputnik Azərbaycan
Nazirlər Kabineti bəyan edib ki, qəbul edilmiş qərar bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə, eləcə də bu sahədə investisiyanın... 29.12.2023, Sputnik Azərbaycan
2023-12-29T15:56+0400
2023-12-29T15:56+0400
2023-12-29T15:56+0400
xəzər dənizi
azərbaycan xəbərləri
nazirlər kabineti
https://cdnn1.img.sputnik.az/img/40487/99/404879960_0:0:1800:1014_1920x0_80_0_0_d283f3f6f274fb32656f2d69e8554004.jpg
BAKI, 29 dekabr — Sputnik. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin dibi də daxil olmaqla su fondu torpaqları (Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifi əsasında) və sahilboyu 20–50 metrlik zolağının altında olan torpaqlar Nazirlər Kabinetinin qərarı ilə icarəyə verilə biləcək. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərmana edilən dəyişiklikdə əksini tapıb. Bəs görəsən bu Xəzər dənizinin boş ərazilərinin hasarlanmasına səbəb olmayacaq ki? Nazirlər Kabinetindən (NK) Sputnik Azərbaycan-a bildirdilər ki, Qərarda Bakı şəhəri, Qaradağ rayonu, Pirsaat qəsəbəsi ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqları kateqoriyasına aid 300,77 hektar torpaq sahəsinin günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi nəzərdə tutulub. Qəbul edilmiş qərar bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə, eləcə də bu sahədə investisiyanın təşviqinə təkan verəcək. "Bakı şəhərinin inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib. Nazirlər Kabinetinin 470 nömrəli Qərarı "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb. Qərar Avropa Yenidənqurma və İnkişaf Bankının texniki yardımı ilə "Azərbaycanda bərpa olunan enerji üzrə hərracların keçirilməsinə dəstək" layihəsi çərçivəsində seçilmiş ərazinin "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi məqsədilə hazırlanıb" - NK-dan bildirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40487/99/404879960_224:0:1576:1014_1920x0_80_0_0_3b8fa21f940df56d6e8642721c5e2a70.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəzər dənizi, nazirlər kabineti
xəzər dənizi, nazirlər kabineti
Xəzər dənizinin sahili icarəyə veriləcək
Nazirlər Kabineti bəyan edib ki, qəbul edilmiş qərar bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə, eləcə də bu sahədə investisiyanın təşviqinə təkan verəcək.
BAKI, 29 dekabr — Sputnik. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin dibi də daxil olmaqla su fondu torpaqları (Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifi əsasında) və sahilboyu 20–50 metrlik zolağının altında olan torpaqlar Nazirlər Kabinetinin qərarı ilə icarəyə verilə biləcək.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərmana edilən dəyişiklikdə əksini tapıb.
Bəs görəsən bu Xəzər dənizinin boş ərazilərinin hasarlanmasına səbəb olmayacaq ki?
Nazirlər Kabinetindən (NK) Sputnik Azərbaycan-a bildirdilər ki, Qərarda Bakı şəhəri, Qaradağ rayonu, Pirsaat qəsəbəsi ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqları kateqoriyasına aid 300,77 hektar torpaq sahəsinin günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi nəzərdə tutulub. Qəbul edilmiş qərar bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə, eləcə də bu sahədə investisiyanın təşviqinə təkan verəcək.
"Bakı şəhərinin inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib. Nazirlər Kabinetinin 470 nömrəli Qərarı "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb. Qərar Avropa Yenidənqurma və İnkişaf Bankının texniki yardımı ilə "Azərbaycanda bərpa olunan enerji üzrə hərracların keçirilməsinə dəstək" layihəsi çərçivəsində seçilmiş ərazinin "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi məqsədilə hazırlanıb" - NK-dan bildirilib.