https://sputnik.az/20231229/turkiyede-dollar-yeniden-rekord-seviyyede-bahalasib-461658521.html
Türkiyədə dollar yenidən rekord səviyyədə bahalaşıb
Türkiyədə dollar yenidən rekord səviyyədə bahalaşıb
Sputnik Azərbaycan
Lirə sentyabr ayının əvvəlindən bəri zaman-zaman azalsa da, bu gün də məhdud gündəlik ucuzlaşmasını davam etdirir. 29.12.2023, Sputnik Azərbaycan
2023-12-29T12:29+0400
2023-12-29T12:29+0400
2023-12-29T12:31+0400
türkiyə
dünya xəbərləri
lirə
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
mərkəzi bank
mərkəzi bank
dollar
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/13/434355741_0:320:3072:2048_1920x0_80_0_0_6fd00c1cebe40fae764cfbca45d140d7.jpg
BAKI, 29 dekabr — Sputnik. Sentyabr ayının əvvəlindən bəri məhdud şəkildə ucuzlaşan Türkiyə lirəsi (TL) bu gün də dollar qarşısında itkisini davam etdirib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 1 ABŞ dollarının məzənnəsi bu səhər 29.51 lirə səviyyəsinə çataraq yeni rekord qırıb. Dollar/TL günə 29.50 səviyyəsində başlasa da, investorlar Mərkəzi Bankın (TCMB) bu gün açıqlanacaq pul və məzənnə siyasəti məlumatını izləyəcəklər. Türkiyədə minimum əməkhaqqının 49 faiz artması ekspertlərin fikrincə, 36 faiz olan 2024-cü il inflyasiya hədəfinə yenidən baxılması imkanını artırıb. TCMB inflyasiya proqnozunu fevralın 8-də açıqlayacaq. Mütəxəssislər yüksək faiz dərəcələrinə baxmayaraq, əməkhaqqı artımının həm tələb həm də inflyasiyaya orta müddətli təsir göstərəcəyini vurğulayırlar. TL sentyabr ayının əvvəlindən bəri zaman-zaman azalsa da, bu gün də məhdud gündəlik ucuzlaşmasını davam etdirir. Ötən həftəni 29.2395-də bağlayan Dollar/TL bu səhər 29.5120 səviyyəsində olub. TL dekabrda 2,1 faiz dəyər itirib. TL bu səviyyələrdə bağlanarsa, ili 36,6 faiz dəyər itirmə ilə başa vuracaq. İtkilərin böyük hissəsi iyun ayında baş verib. Sentyabrın əvvəlindən TL-də müntəzəm, lakin məhdud ucuzlaşmalar müşahidə olunur. TCMB iyun ayından etibarən faiz dərəcələrini 34 faiz artırıb. Türkiyədə minimum maaş 1000 manata çatdırılıb Xatırladaq ki, Türkiyədə minimum əməkhaqqı 49,11 faiz artırılaraq 17020 lirəyə çatdırılıb. Bu məbləğ Azərbaycan milli valyutası ilə ifadədə 984 manatdır. Türkiyədə yüksək inflyasiya səbəbindən lirənin alıcılıq qabiliyyəti xeyli zəifləyib. Bununla əlaqədar olaraq, dövlət minimum maaşı kəskin şəkildə artırmalı olub. Hazırda qüvvədə olan minimum maaş 11402 lirədir (659 manat). Uçot dərəcəsi 40 faizdən 42,5 faizə qaldırılıb Əlavə edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son zamanlara qədər apardığı siyasət nəticəsində TCMB faizi 2021-ci ildəki 19%-dən 8,5%-ə endirmişdi. Seçki öncəsi yüksək inflyasiyaya baxmayaraq, faiz dərəcələri aşağı səviyyədə saxlanılıb, TL-nin daha da ucuzlaşmasının qarşısını almaq üçün TCMB ehtiyatlarından istifadə edilib. Seçkidən sonra maliyyə naziri və Mərkəzi Bankın sədri dəyişdirilib, faizin artırılmasına qərar verilib. Dekabrın 21-də Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 2,5 faiz bəndi artıraraq 40 faizdən 42,5 faizə qaldırıb. Uçot dərəcəsi bu ilin noyabrın 23-də 35 faizdən 40 faizə çatdırılmışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/13/434355741_341:0:3072:2048_1920x0_80_0_0_8b17a32516cc857ca0cbbe0ae01865cd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
türkiyə, lirə, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, mərkəzi bank, mərkəzi bank, dollar
türkiyə, lirə, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, mərkəzi bank, mərkəzi bank, dollar
Türkiyədə dollar yenidən rekord səviyyədə bahalaşıb
12:29 29.12.2023 (Yenilənib: 12:31 29.12.2023) Lirə sentyabr ayının əvvəlindən bəri zaman-zaman azalsa da, bu gün də məhdud gündəlik ucuzlaşmasını davam etdirir.
BAKI, 29 dekabr — Sputnik. Sentyabr ayının əvvəlindən bəri məhdud şəkildə ucuzlaşan Türkiyə lirəsi (TL) bu gün də dollar qarşısında itkisini davam etdirib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 1 ABŞ dollarının məzənnəsi bu səhər 29.51 lirə səviyyəsinə çataraq yeni rekord qırıb.
Dollar/TL günə 29.50 səviyyəsində başlasa da, investorlar Mərkəzi Bankın (TCMB) bu gün açıqlanacaq pul və məzənnə siyasəti məlumatını izləyəcəklər.
Türkiyədə minimum əməkhaqqının 49 faiz artması ekspertlərin fikrincə, 36 faiz olan 2024-cü il inflyasiya hədəfinə yenidən baxılması imkanını artırıb. TCMB inflyasiya proqnozunu fevralın 8-də açıqlayacaq.
Mütəxəssislər yüksək faiz dərəcələrinə baxmayaraq, əməkhaqqı artımının həm tələb həm də inflyasiyaya orta müddətli təsir göstərəcəyini vurğulayırlar.
TL sentyabr ayının əvvəlindən bəri zaman-zaman azalsa da, bu gün də məhdud gündəlik ucuzlaşmasını davam etdirir. Ötən həftəni 29.2395-də bağlayan Dollar/TL bu səhər 29.5120 səviyyəsində olub. TL dekabrda 2,1 faiz dəyər itirib.
TL bu səviyyələrdə bağlanarsa, ili 36,6 faiz dəyər itirmə ilə başa vuracaq. İtkilərin böyük hissəsi iyun ayında baş verib. Sentyabrın əvvəlindən TL-də müntəzəm, lakin məhdud ucuzlaşmalar müşahidə olunur. TCMB iyun ayından etibarən faiz dərəcələrini 34 faiz artırıb.
Türkiyədə minimum maaş 1000 manata çatdırılıb
Xatırladaq ki, Türkiyədə minimum əməkhaqqı 49,11 faiz artırılaraq 17020 lirəyə çatdırılıb. Bu məbləğ Azərbaycan milli valyutası ilə ifadədə 984 manatdır.
Türkiyədə yüksək inflyasiya səbəbindən lirənin alıcılıq qabiliyyəti xeyli zəifləyib. Bununla əlaqədar olaraq, dövlət minimum maaşı kəskin şəkildə artırmalı olub. Hazırda qüvvədə olan minimum maaş 11402 lirədir (659 manat).
Uçot dərəcəsi 40 faizdən 42,5 faizə qaldırılıb
Əlavə edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son zamanlara qədər apardığı siyasət nəticəsində TCMB faizi 2021-ci ildəki 19%-dən 8,5%-ə endirmişdi. Seçki öncəsi yüksək inflyasiyaya baxmayaraq, faiz dərəcələri aşağı səviyyədə saxlanılıb, TL-nin daha da ucuzlaşmasının qarşısını almaq üçün TCMB ehtiyatlarından istifadə edilib. Seçkidən sonra maliyyə naziri və Mərkəzi Bankın sədri dəyişdirilib, faizin artırılmasına qərar verilib.
Dekabrın 21-də Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 2,5 faiz bəndi artıraraq 40 faizdən 42,5 faizə qaldırıb.
Uçot dərəcəsi bu ilin noyabrın 23-də 35 faizdən 40 faizə çatdırılmışdı.