CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hacı Məmmədovla tutulan DİN-in keçmiş şöbə rəisi məhkəməyə müraciət etdi

© iStock.com / fergregoryMəhkəmə çəkici, arxiv şəkli
Məhkəmə çəkici, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.12.2023
Abunə olmaq
Həbsdə olan Kamil Sədrəddinov məhkəməyə vaxtından əvvəl azadlığa buraxılma ilə bağlı müraciət edib.
BAKI, 29 dekabr — Sputnik. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin keçmiş şöbə rəisi, Hacı Məmmədovun cinayət işi üzrə həbs olunaraq ömürlük azadlıqdan məhrum edilən Kamil Sədrəddinov vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət edib.
Bununla bağlı bu gün keçirilən məhkəmə prosesində həbsdə olan Kamil Sədrəddinovun məhkəməyə vaxtından əvvəl azadlığa buraxılma ilə bağlı müraciət etdiyi bildirilib.
Qeyd olunub ki, o, sonradan ərizəsini geri götürüb.
Bu səbəbdən məhkəmə ərizəyə baxmayıb.
Qeyd edək ki, Kamil Sədrəddinov DİN-in Baş Cinayət Axtarış İdarəsinin əmlak cinayətlərinə qarşı mübarizə şöbəsinin rəisi olub. O, 2005-ci ildə DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun dəstəsinə qarşı keçirilən "Qara kəmər" əməliyyatı çərçivəsində tutulub.
Kamil Sədrəddinov Ağır Cinayətlərə dair Məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
Prezident İlham Əliyevin 2019-cu il martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə onun ömürlük həbs cəzası 20 il həbs cəzası ilə əvəzlənib.
Xəbər lenti
0